ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Dekabr > 7

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 dekabr hansı fakt və olaylarla yadda qalıb?

 

7 dekabr

 

1875 - Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (1875-1920) Şəkidə anadan olub.

Fətəli xan Xoyski əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Ulu babaları Xoy və Şəkinin xanları, atası çar Rusiyasının generalı olub. 

F.Xoyski 1906-cı ildə Rusiya imperiyasının II Dövlət Dumasının deputatı seçilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir (may 1918 - mart 1919) olub, beşinci hökumətdə (dekabr 1919 - aprel 1920) xarici işlər naziri işləyib.

1920-ci ilin iyununda Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/F%C9%99t%C9%99li_xan_Xoyski

http://f.x.xoyski.googlepages.com/

http://deyerler.org/texts/news/cemiyyet/9731-ftlb-xan-xoyskbnbn-nvsbnbn-babasi-haqda-dedbklrb.html

 * * *

1918 - Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti işə başlayıb.

«Müsavat» fraksiyasının (lideri M.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib.

İclasda müvəqqəti Nazirlər Şurasının istefası qəbul edilib və yeni (üçüncü) hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.

Parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmışdı və 80 azərbaycanlı, 21 erməni, 10 rus, 1 alman, yəhudi, gürcü və polyak deputat üçün yer ayrılmışdı. Həmkarlar və neft sənayeçiləri üçün 5 yer nəzərdə tutulmuşdu.

Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 11 fraksiya vardı.

17 ay müddətində 145 iclas keçirilmiş, 230-dək qanun qəbul olunmuşdu.

Əlavə bax:

http://azerbaycanli.org/az/page361.html

http://www.azerbaijan.az/_History/_Middle/middle_03_a.html

http://www.meclis.gov.az/?/az/content/68

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Demokratik_Respublikas%C4%B1_parlamenti

 * * *

1989 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərarına (1 dekabr 1989) bir həftə sonra münasibət bildirib.

Ali Sovetin Rəyasət Heyəti qərarı «Azərbaycan SSR-in suverenliyinə yolverilməz müdaxilə» kimi dəyərləndirib.

Əlavə bax:

http://azerbaycanli.org/az/page489.html

http://mfa.gov.az/khojaly/index.php?option=com_content&task=view&id=17&Itemid=31

http://az.wikipedia.org/wiki/Qaraba%C4%9F_m%C3%BCnaqi%C5%9F%C9%99si

 

 * * *

Bax:

►6 dekabr

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009