ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Dekabr > 3

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 3 dekabr hansı fakt və olaylarla yadda qalıb?  

 

3 dekabr

 

1991 - Ali Sovet Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət qəbul edib.

Müraciətə ilk reaksiya Rumıniya (11 dekabr) və Pakistandan (13 dekabr) gəldi və onlar Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan 2-ci və 3-cü ölkə oldular.

Əlavə bax:

http://azerbaycanli.org/az/page413.html

http://azerbaycanli.org/az/page444.html

 * * *

1996 - ATƏT-in Lissabonda (Portuqaliya) keçirilən sammitində (2-3 dekabr) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub.

Sammitin yekun sənədində Qarabağ nizamlanmasının üç prinsipi əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur.

Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı kimi bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi.

Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi ABŞ, Rusiya, Fransa və digər ölkələrin səyi ilə həmin müddəalar ATƏT-in sədri, İsveçrə XİN başçısı Flavio Kottinin xüsusi bəyanatı şəklində qəbul olundu.

ATƏT-in 53 ölkəsi sənədi qəbul etsə də, Ermənistan onun əleyhinə səs verdi. Lissabon prinsipləri indiyədək Qarabağ nizamlanmasının başlıca prinsipləri olaraq qalmaqdadır.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page237.html

http://library.aliyev-heritage.org/print.php?lang=az&page=5718479

http://www.anl.az/el/q/qarabag_2/q-20.htm

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=597&Itemid=1

 * * *

2008 - Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin «Mədəniyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda konfransında «Bakı bəyannaməsi» qəbul olunub.

İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak ediblər.

Əlavə bax:

http://www.yeniazerbaycan.com/news/7819.html

http://www.anl.az/down/medeniyyet2008/iyul/medeniyyet2008_iyul_4.htm

http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=aview&id=43439

 * * *  

Bax:

►2 dekabr

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü) 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasi 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

 * * *

3 dekabr 1358 - Osmanlı imperatorluğunda məşhur sufi şeyxi və dinşünas kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.

3 dekabr 1895 - Avsrtiya əsilli Britaniya psixoloqu, uşaq psixoanalizinin yaradıcısı Anna Freyd (1895 - 1982) anadan olub. Psixoanalizin banisi Ziqmund Freydin qızıdır.

3 dekabr 1927 - Əfsanəvi Amerika estrada müğənnisi və aktyoru Endi Uilyams (Andy Williams - Howard Andrew Williams) anadan olub.

3 dekabr 1930 - Fransız kinorejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub.

3 dekabr 1948 - Məşhur britaniyalı rok-müğənni, «Black Sabbath» qrupunun lideri Ozzi Osborn (Ozzy Osbourne - əsl adı John Michael Osbourne) anadan olub.

Hazırladı: Vüqar Orxan

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009