ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Dekabr > 2

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 2 dekabr hansı fakt və olaylarla yadda qalıb?

 

2 dekabr

 

1463 - Venesiya Senatında Osmanlıya qarşı qarşı mübarizədə Ağqoyunlu dövləti ilə ittifaq məsələsi müzakirə olunub.

Lakin 1472-ci ildə başlanan Ağqoyunlu-Osmanlı müharibəsində Venesiya Uzun Həsənə kömək göstərmədi.

Avropa iki türk dövlətinin amansız savaşında maraqlı idi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page304.html

http://www.elibrary.az/docs/nacaf_book.pdf

http://www.qafqaz.edu.az/journal/20092604ilhan.pdf

 * * *

1920 - Türkiyə ilə daşnak Ermənistan Respublikası arasında Aleksandropol (Gümrü) sazişi imzalanıb.

Erməni tərəf Sevr müqaviləsinin (10 avqust 1920) qüvvədən düşdüyünü qəbul edərək Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib, üstəlik Gümrünü Türkiyəyə verməyə razılaşıb.

Antanta ilə Osmanlı arasında bağlanan Sevr müqaviləsində Türkiyə üçün alçaldıcı maddələr, o cümlədən Qarsın Ermənistana verilməsinə dair maddə vardı. Atatürk Türkiyəsi müqaviləni rədd etmiş və daşnakların Qarsı istəməsinə cavab olaraq Ermənistanla savaşa (23 sentyabr) başlamışdı.

Erməniləri məğlub edən türklər Gümrünü ələ keçirdilər və daşnak hökumətini təslimçi sülhə məcbur etdilər.

Lakin daşnaklar Gümrü sazişini imzalayanda Ermənistanda faktiki hakimiyyəti itirmişdilər, İrəvanda sovet hakimiyyəti qurulmuşdu.

Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etsə də, Qars müqaviləsi (mart 1921) ilə Türkiyəyə, habelə Naxçıvana iddialarından vaz keçdi.

Ermənistanın qazancı isə Gümrü, habelə bir qədər əvvəl (avqust-dekabr 1920) ələ keçirdiyi Azərbaycan torpaqları – Dərələyəz və Zəngəzur - oldu.

Əlavə bax:

http://www.gunaz.tv/xaber/turk-torpaqlarinda-qurulan-terrorcu-dovlet-ermenistan-anar-isgenderov

http://dmfa.nakhchivan.az/page.php?lang=az&page=00010101

http://www.xalqcebhesi.az/news.php?id=8752

 * * *

2005 - Üçüncü çağırış Milli Məclisin ilk iclasında təşkilati məsələyə baxılıb.

Yeni Azərbaycan Partiyasından Oqtay Əsədov parlamentin yeni sədri, Zifayət Əsgərov 1-ci müavin, Bahar Muradova müavin seçiliblər.

Daha bir vitse-spiker postuna bitərəf Valeh Ələsgərov seçilib.

Əlavə bax:

http://azerbaycanli.org/az/page130.html

 

 

Bax:

1 dekabr



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009