Kitabxana > Tarix, siyasət, hüquq > 2
Qafqaz Albaniyası ilk orta əsrlərdə
Tofiq Məmmədov (red. Yaqub Mahmudov)
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu.
- Bakı: Təhsil, 2006. - 400 s.
Kitabda ilk dəfə ilk orta əsr yazılı qaynaqlarından geniş istifadə edilərək, ölkə və dünya tarixçilərinin tədqiqatlarına tənqidi yanaşılaraq, arxeoloci və etnoqrafik materiallar təhlil edilərək, ilk orta əsrlər Albaniyasının sərhədləri, ərazisi, əhalisi, etnik tərkibi, etnik prosesləri, ilkin feodalizm dövrünün iqtisadi həyatı, tijarəti, şəhərləri, dövlət quruluşu, suverenliyi, mədəniyyəti, dini, alban kilsəsi, ölkənin yadelli işğalçılara qarşı mübarizəsi, müdafiə tikintiləri tədqiq edilərək araşdırılmışdır.
Yüklə
* * *
XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində
Osmanlı-Azərbaycan münasibətləri (monoqrafiya)
Tofiq Mustafazadə
– Bakı, Elm; 2002¸ - s.372
Monoqrafiya Osmanlı-Azərbaycan münasibətləri tarixinin XVIII yüzillik – XIX yüzilliyin əvvəlləri dövrünü işıqlandıran, müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar edib sistemləşdirdiyi qiymətli fakt və materialların tədqiqinə həsr olunmuşdur. Kitаbdа Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açılmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların ozamankı düşmənə – çar Rusiyası və onun əlaltısı Kartli-Kaxeti çarlığına qarşı öz qüvvələrini birləşdirmək cəhdləri, Azərbaycan dövlət qurumlarının Osmanlı-Rusiya qarşidurmasında rolu və təsiri araşdırılmışdır.
Yüklə
* * *
Quba xanlığı
Tofiq Mustafazadə
- Bakı, Elm; 2005, 480 səh. + 1 xəritə.
Kitab XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş xırda feodal dövlətlərindən birinin - Azərbaycan xanlıqları sistemində çox mühüm mövqeyə malik Quba xanlığının tarixinə həsr olunmuşdur. Müəllif uzun illərlə Azərbaycan, Rusiya və Türkiyə arxivlərindən topladığı materiallar, habelə tarixi mənbələrdən əldə etdiyi faktlar əsasında Quba xanlığının ərazisi, təsərrüfat həyatı, xanlıqda mövcud olmuş sosial-iqtisadi münasibətlər, dövlət idarəçiliyi, hərbi iş haqqında, Fətəli xanın və onun xələfi Şeyxəli xanın daxili və xarici siyasəti haqqında məlumat vermişdir.
Yüklə
* * *
Azərbaycan XVIII əsr rus və
Qərbi Avropa səyyahlarının təsvirində
Elçin Qarayev
Bakı, 2005,160 səh.
XVIII yüzülliyin Azərbaycan tarixinin ictimayi-siyasi hadisə-lərini işıqlandıran monoqrafiya, həmin yüzillikdə ölkəmizdə ol-muş rus və Qərbi Avropa səyyahlarının səyahətnamələri, xatirə-ləri əsasında yazılmışdır. Azərbaycanın iqtisadi və siyasi tarixinin öyrənilməsində XVIII yüzillikdə ölkəmizdə olmuş rus və Qərbi Avropa səyyahla-rının səyahətnamələri qiymətli mənbələr hesab olunur. Ona görə də müəllif təqdim olunan əsərdə səyyahlar haqqında məlumat vermiş, onların Azərbaycana gəlməkdə məqsəd və məramları açıqlanmışdı. Monaqrafiya həmin səyahətnamələr əsasında tədqiq olunmuş elmi əsərdir.
Yüklə
* * *
{1} ♦ {2} ♦ {3}