ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Noyabr > 10

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 10 noyabr hansı fakt və olaylarla yadda qalıb?

 

10 noyabr

 

1724 – Rusiya çarı I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə fərman verib.

Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsi Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülüb.

Azərbaycanın Xəzəryanı əraziləri 1723-cü ildə Rusiya ilə Səfəvi dövləti arasında bağlanmış Peterburq müqaviləsinə əsasən, rusların nəzarətinə keçmişdi.

Pyotrun ölümündən sonra rus qoşunları bölgəni (müvəqqəti) tərk etdilər. Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi barədə Pyotrun vəsiyyəti isə sonrakı rus çarları tərəfindən ardıcıl davam etdirildi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page49.html

http://www.anl.az/el/q/qarabag_4/q-10.htm

 

1918 – Türkiyə (Osmanlı) ordu hissələri Bakını tərk etməyə başlayıblar.

Osmanlı dövləti ilə I Dünya meharibəsinin qəlibləri olan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) arasında bağlanmış Mudros sazişinə (30 oktyabr 1918) əsasən, türk qoşunlarının son hissələri noyabrın 16-da Bakıdan çıxdı.

Noyabrın 17-də isə Bakıya general V.Tomsonun komandanlığı altında ingilis hərbi kontingenti daxil oldu.

Azərbaycanın istiqlalının əldə olunmasında, Bakının daşnak qüvvələrindən azad olunmasında tarixi xidmət göstərmiş türk qoşunlarının regionu tərk etməsi Xalq Cümhuriyyətinin beynəlxalq-siyasi mövqelərini də zəiflətdi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page440.html

http://azerbaycanli.org/az/page357.html

http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_aprel2009/73666.htm

http://www.rasulzade.org/ideology/5_34.html

 

1991 – Azərbaycan Ali Soveti Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində erməni silahlı qüvvələrin hücumlarının genişlənməsi ilə bağlı xarici dövlətlərin parlamentlərinə müraciət qəbul edib.

 

1994 – Avropa Şurası Parlament Assambleyası Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib.

1047 saylı qətnamədə Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin davam etməsi ilə bağlı məmnunluq ifadə olunurdu.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=606&Itemid=1

 

 

Bax:

9 noyabr



Baku

World time




Xəbərlər

QHT-lər Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat qəbul ediblər [2012-05-04]

“Şuşaya azadlıq!” - beynəlxalq kampaniyaya başlamaq təklif olunur


ətraflı

Adil olmaq çətindir [2012-05-04]

"...bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."


ətraflı

Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində [2012-04-11]

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür


ətraflı

Kəlbəcər rayonunun işğalından 19 il ötdü [2012-04-02]

1993-cü ilin aprelində ermənilər Qarabağla Ermənistan arasında ikinci dəhliz açdılar


ətraflı

Avropa Birliyinin “paytaxtı”nda Xocalı həqiqətləri [2012-03-02]

Dağlıq Qarabağın azərbaycanlı icması Brüsseldə tədbir keçirib


ətraflı

“Püskürən vulkana bənzəyən emosiyalar” [2012-02-27]

Almaniyanın “Die Welt” qəzetində Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında  məqalə dərc olunub


ətraflı

Xocalı - qan yaddaşımız [2012-02-26]

Erməni silahlı qüvvələrinin 613 azərbaycanlını qətlə yetirdiyi müdhiş gündən 20 il ötdü


ətraflı

Ermənistan ilk növbədə beş rayonu azad etməlidir [2012-02-24]

Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib


ətraflı

Azərbaycanlı deputatlar Yerevanda səfərdə olublar [2012-02-24]

Azay Quliyev: “Serj Sarkisyanla görüşdə sülhə yaxınlaşacaq mövqenin şahidi olmadıq”


ətraflı

“Xalq diplomatiyası”: növbəti görüş [2012-02-22]

Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009