ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Müstəqillik yolunda

Müstəqilliyimizin 20 yaşı tamam oldu

Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunması bir o qədər məsul və şərəfli idi...

-17.10.2011-

Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü tamam olur. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı”nı qəbul edib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.

Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi.

Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. 1918-1920-ci illərdəki Xalq Cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.

71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi.

Bu gün Azərbaycanımızın dövlət müstəqilliyini bərpa etməsinin 20 yaşını qeyd edərkən bu tarixi hadisəni zəruri edən tarixi xronikaya nəzər salmaq vacibdir.

Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. >>>

 * * *

Bayrağımızın ucaldığı və müstəqilliyimizin tanındığı gün:

9 noyabr

İlk bayrağımız rəngini Türkiyənin dövlət rəmzindən almışdı, 1918-də olduğu kimi, 1991-də də müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə oldu

-10.11.2009-

Tale elə gətirib ki, 9 noyabr Azərbaycanın dövlətçilik tarixində iki əlamətdər hadisə ilə yadda qalıb.

Bunlardan biri Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul olunması - 9 noyabr 1918-ci il, digəri isə yenidən ucalmış bayrağımızın və bərpa olunmuş müstəqilliyimizin ilk dəfə Türkiyə dövləti tərəfindən tanınmasıdır - 9 noyabr 1991-ci il.

Digər yandan, bu iki hadisənin tarix və mahiyyətinə diqqət yetirsək, onların arasında təbii-məntiqi bir bağlantının olduğunu yəqin edərik.

1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti mavi, qırmızı, yaşıl rəngli bayrağı dövlətin rəmzi olaraq qəbul edib. Amma bu, gənc cümhuriyyətin sayca ikinci bayrağı idi.

Azərbaycan milli hökuməti hələ Gəncədə yerləşərkən, 1918-ci il iyunun 24-də üzərində ağ ay və səkkizguşəli ulduz təsvir olunmuş al-qırmızı bayrağı dövlətin rəmzi olaraq qəbul etmişdi. Həmin bayraq Türkiyə bayrağının demək olar ki, eynisi idi, yeganə fərq bayraqdakı ulduzun, beşguşəli deyil, səkkizguşəli olmasıydı.

Bu, yenicə ayaq tutan Azərbaycan dövlətinin qocaman Türkiyə dövləti - o vaxtlar çətin günlərini yaşayan Osmanlı imperatorluğu - ilə qardaşlığının təcəssümü idi. Bu həmçinin Azərbaycan hökumətinin bizə tarixin ən məsul anında əl uzatmış Türkiyəyə ehtiramının göstəricisi idi. >>>

* * *

12 noyabr Azərbaycan Konstitusiyası günüdür

1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Əsas Qanun ötən dövrdə iki dəfə islahata məruz qalıb

-12.11.2009-

12 noyabr Azərbaycanda Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də birinci çağırış Milli Məclisə seçkilərlə eyni gündə keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunub.

Konstitusiyanın mətni 1995-ci il noyabrın 27-də Milli Məclis tərəfindən təsdiqlənərək qüvvəyə minib. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya günü və rəsmi dövlət bayramı (qeyri iş günü) elan olunub. 2006-cı ildə rəsmi bayramların qeyd olunmasını nizamlayan qanunvericiliyə (Əmək Məcəlləsi) edilən əlavə və düzəlişlər nəticəsində Konstitusiya gününün rəsmi bayram statusu saxlanılsa da, 12 noyabr iş günü elan edilib.

1995-ci ildə Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi.  

Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi. Yeni Konstitusiya Azərbaycanın hüquq müstəvisinə də istiqrar və aydınlıq gətirdi. >>>

* * *

17 noyabr Milli Dirçəliş günüdür

21 il öncə bu gün Azərbaycan xalqı Dağlıq Qarabağın müdafiəsi və milli özünütəsdiq naminə meydana çıxmışdı

-17.11.2009-

17 noyabr Azərbaycanın yeni tarixində öz yeri olan əlamətdar günlərdən biridir.

1988-ci ilin 17 noyabrında Bakıdakı Lenin (indiki Azadlıq) meydanında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Dağlıq Qarabağda başlanan münaqişəyə və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb.

Dekabrın 4-dək – 18 gün - aramsız davam edən aksiyalara 1 milyonadək insan toplaşırdı. Minlərlə insan gecələr meydanda qalaraq Azərbaycan xalqının haqq səsini dünyaya duyururdu.

Mitinqlər yalnız dekabrın 5-də sovet qoşunlarının zor gücü nəticəsində dağıdıldı. Onlarla iştirakçı xəsarət aldı, yüzlərlə insan həbs edildi.

Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. 1988-ci ilin 17 noyabrında başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü.

İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycan Xalq Cüçhuriyətinin tarixi mirası - üçrəngli bayrağ  qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Azərbaycanda “Milli Dirçəliş günü” elan edildi. >>>



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009