ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Noyabr > 4

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub. 

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 4 noyabr hansı fakt və olaylarla yadda qalıb?

 

4 noyabr

 

1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar verilib.

Azərbaycanda latın qrafikalı əlifbaya keçid bundan öncə - 1923-ci ildə verilmişdi. 1928-ci ilədək Azərbaycanda iki əlifba – ərəb və latın – paralel istifadə olunurdu.

Türkiyənin latın əlifbasına keçməsi Azərbyacında da bu prosesə təkan verdi. 1929-cu il yanvarın 1-dən ərəb əlifbasından istifadəyə qadağa qoyuldu. 

Bir il sonra SSRİ-də Azərbaycan, ardınca isə Mərkəzi Asiyanın türk respublikaları da latın qrafikalı əlifbaya keçməyə qərar verdilər. Lakin SSRİ-nin türkdilli respublikalarının Türkiyə ilə belə həmrəyliyi Stalini qane edə bilməzdi.

1939-cu ildə Moskva türk respublikalarını kiril əlifbasına keçmək barədə qərar qəbul etməyə məcbur etdi. 1940-cı ilin yanvarından Azərbaycan kiril əlifbasına keçdi.

Əlavə bax:

http://www.az-muallimi.com/arxiv/2008/n29/ardi1.html

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=3463

http://az.wikipedia.org/wiki/Lat%C4%B1n_qrafikal%C4%B1_Az%C9%99rbaycan_%C9%99lifbas%C4%B1

 * * *

1997 - Bakıda "Kooperativ Demand" adı altında NATO-nun komanda-qərargah təlimlərinin hazırlıq seminarı keçirilib. Bu, alyansın «Sülh naminə tərəfdaşlıq» (SNT) proqrammı çərçivəsində Azərbaycanda keçirilən ilk tədbir idi.

Azərbaycan 1994-cü ildə SNT proqramına qoşulmuş, 1996-cı ildə bu proqram üzrə ilk fəaliyyət planını alyansa təqdim etmişdi.

1997-ci il noyabrın 14-də isə prezident Heydər Əliyev «Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında» sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə komissiya (sədr - baş nazirin 1-ci müavini Yaqub Eyyubov) yaradıldı.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=263&Itemid=1

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=595&Itemid=1

 * * *  

Bax:

►3 noyabr

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

 4 noyabr 1575 - Görkəmli italyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub. 

4 noyabr 1896 - Rus-sovet şairi Nikolay Tixonovun (1896-1979) doğum günüdür. 

4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. 

4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar verilib. Bir il sonra SSRİ-də Azərbaycan, ardınca isə Mərkəzi Asiyanın türk respublikaları da latın qrafikalı əlifbaya keçməyə qərar verdilər. Lakin SSRİ-nin türkdilli respublikalarının Türkiyə ilə həmrəyliyi Stalini qane edə bilməzdi. 1939-cu ildə Moskva bu respublikaları kiril əlifbasına keçməyə məcbur etdi. 1940-cı ilin yanvarından Azərbaycan kiril əlifbasına keçdi.  

4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının - UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) yarandığı gündür. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda UNESCO-nun 193 üzvü var, təşkilatın mənzil-qərargahı Parisdə yerləşir. 

4 noyabr 1956 - Məşhur rus müğənnisi, şair və bəstəkarı İqor Talkov anadan olub. 1991-ci il oktyabrın 6-da qətlə yetirilib.



Baku

World time




Xəbərlər

QHT-lər Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat qəbul ediblər [2012-05-04]

“Şuşaya azadlıq!” - beynəlxalq kampaniyaya başlamaq təklif olunur


ətraflı

Adil olmaq çətindir [2012-05-04]

"...bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."


ətraflı

Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində [2012-04-11]

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür


ətraflı

Kəlbəcər rayonunun işğalından 19 il ötdü [2012-04-02]

1993-cü ilin aprelində ermənilər Qarabağla Ermənistan arasında ikinci dəhliz açdılar


ətraflı

Avropa Birliyinin “paytaxtı”nda Xocalı həqiqətləri [2012-03-02]

Dağlıq Qarabağın azərbaycanlı icması Brüsseldə tədbir keçirib


ətraflı

“Püskürən vulkana bənzəyən emosiyalar” [2012-02-27]

Almaniyanın “Die Welt” qəzetində Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında  məqalə dərc olunub


ətraflı

Xocalı - qan yaddaşımız [2012-02-26]

Erməni silahlı qüvvələrinin 613 azərbaycanlını qətlə yetirdiyi müdhiş gündən 20 il ötdü


ətraflı

Ermənistan ilk növbədə beş rayonu azad etməlidir [2012-02-24]

Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib


ətraflı

Azərbaycanlı deputatlar Yerevanda səfərdə olublar [2012-02-24]

Azay Quliyev: “Serj Sarkisyanla görüşdə sülhə yaxınlaşacaq mövqenin şahidi olmadıq”


ətraflı

“Xalq diplomatiyası”: növbəti görüş [2012-02-22]

Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009