Bizim təqvim > Oktyabr > 31
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 31 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
31 oktyabr
1955 - Bəstəkar Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda anadan olub. Abdulla Şaiq adına Dövlət Kukla Teatrında çalışır.
* * *
1963 - Bəstəkar Nadir Əzimovun doğum günüdür.
* * *
1969 - Aktrisa Mələk Abbaszadə anadan olub. 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyorluğu fakültəsini bitirib. S.Vurğun adına Rus Dram Teatrının aktrisasıdır.
* * *
1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) yekunlaşıb.
Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edirdi.
Bu toplantı ilə türkdilli dövlət başçılarının zirvə görüşlərinin əsası qoyulub.
Növbəti sammitlər 1994 (İstanbul), 1995 (Bişkək), 1996 (Daşkənd), 1998 (Astana), 2000 (Bakı), 2001 (İstanbul), 2006 (Antalya) və 2009-cu (Naxçıvan) illərdə keçirilib.
Əlavə bax:
http://az.apa.az/news.php?id=165095
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=754&Itemid=1
* * *
2003 – Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi inauqurasiya (andiçmə) mərasimi keçirilib.
Mərasimdə Gürcüstan rəhbəri Eduard Şevardnadze, Rusiyanın Federasiya Şurasının sədri Sergey Mironov, Ukraynanın baş naziri Viktor Yanukoviç, Türkiyə baş nazirinin müavini Əbdüllətif Şener, İranın vitse-prezidenti Məhəmmədəli Əbtəhi, xarici diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2003/oktyabr/239/olke.html#1
http://bizimasr.media-az.com/arxiv_2003/noyabr/240/olke.html#1
http://library.aliyev-heritage.org/az/2773818.html
* * *
2008 – Prezident İlham Əliyevin ikinci səlahiyyət müddətinə başlamasından (24 oktyabr 2008) sonra Konstitusiyanın tələbinə müvafiq olaraq istefa vermiş Nazirlər Kabinetinin yeni tərkibi elan olunub.
Prezidetin sərəncamına əsasən, iqtisadi inkişaf naziri (Heydər Babayev) istisna olmaqla hökumətin bütün üzvləri əvvəlki vəzifələrinə təyin ediliblər.
Bundan öncə (29 oktyabr) prezident Artur Rasizadənin yenidən baş nazir təyin olunması haqqında sərəncam imzalamışdı.
Əlavə bax:
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=29610
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=29611
* * *
Bax:
►30 oktyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
31 oktyabr 1517 - Alman teoloqu Martin Lüter xristianlıqda islahatları ön görən məşhur "Doxsan beş tezis"ini Vittenberq (Wittenberg) kilsəsinin qapısına asaraq protestanlıq dini məzhəbinin yarandığını elan edib. Protestant kilsələri tarixi Reformasiya günü kimi qeyd edirlər.
31 oktyabr 1795 - İngilis şairi Con Kits (John Keats, 1795-1821) anadan olub.
31 oktyabr 1907 - Amerika aktrisası Şeyla Bromli (Sheila Bromley, 1907- 23.7.2003) anadan olub.
31 oktyabr 1912 - Amerika aktrisası, müğənni və yazıçı Deyl Evans (Dale Evans, 1912-7.2.2001) anadan olub.
31 oktyabr 1922 - Görkəmli rus aktyoru, SSRİ-nin Xalq artisri Anatoli Papanovun (1922 - 5.8.1987) doğum günüdür.
31 oktyabr 1928 - Məşhur Amerika kinoaktrisası Kleo Mur (Cleo Moore, 1928 - 28.10.1973 ) anadan olub.
31 oktyabr 1963 - Amerikalı aktyor, rejissor Rob Şnayder (Rob Schneider) anadan olub.
31 oktyabr 1993 - Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib.