ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 30

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 30 oktyabr hansı fakt və olaylarla yadda qalıb?

 

30 oktyabr

 

1880 - Məşhur tarzən, xalq artisti Qurban Pirimov (1880-1965) Şuşa qəzasının Abdal-Gülablı kəndində anadan olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Qurban_Pirimov

http://www.anl.az/down/medeniyyet2008/avqust/medeniyyet2008_avqust_250.htm

http://www.adam.az/az.php?subaction=showfull&id=1238409154&archive=&start_from=&ucat=1,21,29,51&category=1

http://www.ses-az.com/view.php?lang=az&menu=9&id=4812

* * *

 

1907 - Tanınmış jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub.

«Azərnəşr»in direktoru, Dövlət Mətbuat Komitəsi sədrinin müavini işləyib. Azərbaycan Jurnalistlər Birliyinin ilk sədri olub.

Adil Əfəndiyev Rusca-Azərbaycanca 4-cildlik lüğətin tərtibçisi və redaktorudur, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Əlavə bax:

http://www.gunaz.tv/makaleler/adil-efendiyev-100-moteber-tercumeci-jurnalist-unudulmaz-ziyali

http://www.adam.az/az.php?subaction=showfull&id=1210512509&archive=&start_from=&ucat=8,20,37&go=headlines&category=37

 

1918 – I Dünya müharibəsində məğlub duruma düşən Osmanlı dövləti müharibənin qalibi sayılan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) Mudros sülh sazişi imzalayaraq qoşunlarını Azərbaycandan və bütün Cənubi Qafqazdan çıxarmaq barədə öhdəlik götürüb.

Mudros sazişinə əsasən, Bakını tərk edəcək Osmanlı-türk qoşunlarının yerinə şəhərə ingilis qüvvələri daxil olmalı idi.

Bu məqam Azərbaycanla razılaşdırılmadığı üçün Xalq Cümhuriyyətinin hökuməti Osmanlı hökumətinə etirazını bildirib. Lakin bunun elə bir nəticəsi olmayıb.

Əlavə bax:

http://www.anl.az/el/q/qarabag_3/q-4.htm

http://www.rasulzade.org/ideology/5_34.html

http://www.turansam.org/makale.php?id=778

 

1928 - Görkəmli sənətşünas alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademik Rasim Əfəndiyev (1928-2010) anadan olub.

200-dən artıq elmi məqalə və 30-dək kitabın müəllifi olan R.Əfəndiyev Azərbaycan milli sənətşünaslıq tarixi məktəbinin banilərindən biridir.

“Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, «Azərbaycan daş plastikası» kitabları xarici dillərə tərcümə olunub.

Əlavə bax:

http://www.science.gov.az/az/acmembers/efendiyevrssd.htm

http://az.wikipedia.org/wiki/Rasim_%C6%8Ff%C9%99ndiyev

http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=533

 

Bax:

29 oktyabr

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009