ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycan dünyada > Avroatlantika kursu > NATO

Azərbaycan-NATO tərəfdaşlığı

(qısa arayış)

Azərbaycan MDB dövlətləri arasında NATO-nun Sülh naminə tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk tərəfdaş dövlətlərdəndir. Prezident Heydər Əliyev 4 may 1994-cü ildə NATO-nun mənzil qərargahına səfəri zamanı SNT-yə qoşulmaq haqqında SNT Çərçivə Sənədini imzalamışdır.

NATO ilə gələcək əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə Azərbaycan SNT Təqdimat sənədini hazırlayaraq 1996-cı ilin aprelində Alyansa təqdim etmişdir. İkitərəfli əməkdaşlığa hərbi əməkdaşlıq, hərbi modernizasiya, silahlı qüvvələr üzərində demokratik nəzarət, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq kimi sahələr daxil olunmuşdur.

1996-cı ildən etibarən Azərbaycanın təqdimat sənədi və NATO-nun Tərəfdaşlıq İşçi Proqramı əsasında ölkənin mülki və hərbi nümayəndələrinin qatıldığı bütün birgə fəaliyyət və tədbirlərin daxil olduğu illik Fərdi Tərəfdaşlıq Proqramı (FTP) tərtib olunmuşdur. Hər il FTP-ın əhatə dairəsini genişləndirən Azərbaycan 2008-ci ildə 200-dən artıq NATO/SNT tədbirlərində iştirak etmiş, 2009-cu ildə bu iştirakı bir qədər də artırmaq niyyətindədir.

2006-cı ildə SNT üçün ayrılan vəsait 300 000 ABŞ dollarından 850 000 ABŞ dollarına qədər artırılmışdır. 2007-c ildə bu rəqəm 1.8 milyon ABŞ dollarına qədər artırılmışdır. 2008 və 2009-cu illər üçün ayrılan məbləğ eyni olmuşdur-təxminən 2 milyon ABŞ dolları.

1997-ci ildə Azərbaycan MDB dövlətləri arasında ilkin dövlətlərdən olaraq, Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşulmuşdur. PAP ilə əlaqədar olan tədbirlər əməliyyatlar üçün NATO-nun müdafiə planlaşdırma sisteminə Azərbaycanın daha da yaxınlaşması məqsədini daşıyır. O vaxtdan etibarən iki illik sikl əsasında Azərbaycan Silahlı Qüvvələri öz üzərinə artan sayda Tərəfdaşlıq Məqsədləri (TM) adlandırılan məqsədlər götürür. TM NATO-nun hərbi-siyasi, hərbi, təlim və texniki standartlarını nəzərdə tutmaqla, NATO qüvvələri ilə hərbi operativ uyarlılığın əldə edilməsinə istiqamətlənmişlər.

2002-ci ildə Azərbaycan tərəfindən təklif olunmuşdur ki, SNT əməkdaşlığı terrorizmə qarşı müdafiə, Dövlət Sərhəd Xidmətinin modernizasiyası, Daxili Qoşunların transformasiyası kimi geniş təhlükəsizlik sektoru məsələlərinə doğru inkişaf etdirilsin. Hal-hazırda Azərbaycan xüsusilə müdafiə və təhlükəsizlik sektoruna aid olan 53 TM öz üzərinə götürmüşdür.

2002-ci ildə NATO/Avro-Atlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilmişdir. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət etmişdir.

FTƏP  2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidenti zati-aliləri cənab İlham Əliyev NATO-ya rəsmi səfəri zamanı Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inkişafı barəsində müfəssəl məlumatı özündə birləşdirən FTƏP Təqdimat Sənədini Alyansa təqdim etmişdir. 

Təqdimat Sənədi əsasında Azərbaycanın FTƏP sənədi hazırlanmış və 2005-ci ilin mayında qəbul edilmişdir. FTƏP ən başlıca siyasi, müdafiə və təhlükəsizlik, o cümlədən təhlükəsizliklə bağlı olan iqtisadi, elmi və ətraf mühit sahələrini əhatə edir. FTƏP-in icrası və yeniləşdirilməsi iki illik tsiklə əsaslanır və illik qiymətləndirmə hesabatları “Şimali Atlantika Şurası + Azərbaycan” formatında keçirilən görüşlərdə nəzərdən keçirilir. 

2007-ci ilin avqust ayında FTƏP-in 2 illik tsikli başa çatmışdır və 2008-ci ilin martında yeni tsikl təsdiq edilmişdir. 2005-ci ilin mayında Azərbaycanın ilk FTƏP sənədinin qəbul edilməsindən bəri təhlükəsizlik sektorunun islahatı daxil olmaqla, onun uğurla həyata keçirilməsi üçün real addımlar atılmışdır.

- FTƏP-in yerinə yetirilməsi üçün müxtəlif nazirliklərin rəhbərliyindən ibarət Dövlət Komissiyasına müvafiq tapşırığın verilməsi və resursların müəyən edilməsi ilə bağlı Prezidentin xüsusi fərmanı imzalanmışdır.

-FTƏP məqsədlərinin çoxunun, o cümlədən 2006-cı ilin payızında FTƏP sənədinə yeniləşmə zamanı əlavə edilmiş və ya düzəliş edilmiş tədbirlər də daxil olmaqla, həyata keçirilməsində irəliləyiş əldə olunmuşdur. Həmçinin 2006-cı ilin yaz qiymətləndirməsi zamanı qeyd edilmiş FTƏP prosesinə nəzarət edilməsi, istiqamətləndirilməsi və planlaşdırılması sahəsində olan çatışmazlıqların aradan qaldırılmasına başlanmışdır.

- Milli Təhlükəsizlik Konsepsiyasının layihəsi hazırlanaraq ölkə rəhbərliyi tərəfindən 2007-ci ilin may ayının 19-da təsdiq edilmişdir. Hərbi Doktrinanın layihsi üzərində iş yekunlaşdırılmışdır. Bu iki fundamental sənəd təhlükəsizlik bölməsinin Strateji Müdafiə İcmalını müəyyən edəcək.

- Davam etməkdə olan münaqişəyə rəğmən, Azərbaycan Silahlı Qüvvələrinin tədricən transformasiyası prosesi başlanmışdır. Müdafiə Nazirliyi, Baş Qərargah və ordu birliklərində struktur dəyişikliklərinə başlanmışdır. Bu prosesin 2009-cu ildə başa çatdırılması planlaşdırılır.

- Dövlət Sərhəd Xidmətinin tədricən hərbi strukturdan hüquq-mühafizə tipli təşkilata keçməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Dövlət Sərhəd Xidmətinin texniki imkanları gücləndirilmiş və heyətin idarəolunması sistemi təkmilləşdirilmişdir.

- Azərbaycan milli hərbi təhsil və təlim proqramları tamamilə NATO standartlarına uyğunlaşdırılmışdır.

- Silahlı qüvvələr üzərində mülki nəzarətin daha da gücləndirilməsi üçün müdafiə sistemi daxilində mülki heyətin karyerasını inkişaf etdirmək ilə bağlı praktiki siyasətin yaradılması üzrə milli qanunvericiliyə əlavələr hazırlanmaqdadır.

- İctimai Diplomatiya və Elm sahəsində əməkdaşlıq, həmçinin partlamamış sursatların təmizlənməsi üzrə Etimad Fondu layihəsi uğurun əldə edildiyi xüsusi sahələr olmuşdur.

Bakıda və Gəncədə Avro-Atlantika Mərkəzlərinin təsis edilməsi, Azərbaycanda NATO Beynəlxalq Məktəbi - NİSA-nın fəaliyyəti, Melanjın konversiyası layihəsinin icrası və NATO/SNT Saloğlu Etimad Fondunun (Azərbaycanın Aqstafa rayonunun Saloğlu kəndində 600 hektar ərazinin partlamamış artilleriya mərmiləri və digər surstalardan təmizlənməsi) layihəsinin 2-ci fazasının başa çatması bu istiqamətdə əsas məsələlərdir. Hazırda bu layihənin 3-cü fazasına başlanılmışdır.

Azərbaycan Respublikası Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir.

Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmiş, 2008-ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan etməsindən sonra öz qüvvələrini oradan çıxarmışdır.

Azərbaycan NATO-nun Əfqanıstanda apardığı NATO/Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatına hərbi və mülki sahədə töhfə verməkdədir.

20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunmuşdur.

15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfər çatdırılmış və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artırılmışdır. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət bir taboru İSAF tərkibində xidmət edir.

Azərbaycan Respublikası NATO ilə tərəfdaşlığın gələcək inkişafını diqqətlə izləyir və  ona öz töhfəsini verməyə çalışır.

Tərəfdaşlığın gələcəyi və NATO-nun regiona siyasəti ilə bağlı Azərbaycan hesab edir ki, Avro-Atlantika təhlükəsizliyi böhranların idarəolunması sahəsində imkanların artırılması, etibarlı nəqliyyat dəhlizlərinin yaradılması və enerji təhlükəsizliyi kimi sahələrin inkişaf etdirilməsindən asılıdır.

Bütün bunlar Tərəfdaşlığın bir institut kimi daha da inkişaf etdirilməsini tələb edir. Tərəfdaşlığın inkişaf etdirilməsi NATO ilə 3 pilləyə əsaslanan təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsinə şərait yaratmalıdır: siyasi yekdillik (political unanimity), hüquqi ahəngdarlıq (legal harmony) və əməli uyarlılıq (practical interoperability).

Belə inkişaf NATO-nun hazırda artan qlobal rolu çərçivəsində və Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədində əks olunmuş prinsiplər əsasında fəal, Avropa dəyərlərini bölüşən və beynəlxalq hüquqa hörmətlə yanaşan tərəfdaşlara təhlükəsizlik qarantiyalarının verilməsini ehtiva etməlidir. Təhlükəsizlik qarantiyalarının verilməsi beynəlxalq hüququn pozulmasının qarşısını alar və beynəlxalq münasibətlərdə sabitliyi təşviq edərdi.

Mənbə: www.mfa.gov.az

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009