ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 29

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 29 oktyabr hansı fakt və olaylarla yadda qalıb?

 

29 oktyabr

 

1991 – Azərbaycan Respublikasının Ali Soveti Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə BMT-yə müraciət qəbul edib.

BMT-nin Baş Assambleyası sovet respublikalarının təşkilata qəbulu məsələsini dekabrda müzakirəyə çıxarsa da, həmin vaxt yalnız üç Baltikyanı respublika üzvlüyə qəbul edildi.

Azərbaycanın və keçmiş SSRİ-nin digər respublikalarının BMT-yə qəbulu 1992-ci il martın 2-də gerçəkləşdi.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=594&Itemid=1

 * * *

1993 - Ermənistan silahlı qüvvələrinin hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.

Zəngilan rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib. Rayonun 35 min nəfər əhalisi didərgin düşüb.

Zəngilan Ermənistanın hərbi təcavüzü zamanı Azərbaycanın sonuncu işğal edilən rayonudur. Erməni təcavüzü zamanı rayonun 200-dək sakini həlak olub.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-425.html

http://www.zengilan.com/

http://www.anl.az/zengilan.htm

http://www.azerbaijan.az/_Districts/_districts_a.html

 * * *

1994 – BMT-nin baş katibi Butros Butros Qali Azərbaycan prezidenti Heydər Əliyevin dəvətilə Bakıya səfərə gəlib.

Səfər gedişində BMT baş katibi Azərbaycan prezidenti ilə danışıqlar aparmış, Milli Məclisdə çıxış etmiş, məcburi köçkünlərlə görüşmüşdü.

 * * *

1994 – Azərbaycanla Mavritaniya arasında diplomatik münasibətlər qurulub.

 * * *

2004 – BMT Baş Assambleyasının 59-cu sessiyasının iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı məsələ səs çoxluğu ilə sessiyanın gündəliyinə daxil edilib.

Səsvermə zamanı 43 dövlət lehinə, 1 dövlət (Ermənistan) əleyhinə səs vermiş, 99 dövlət bitərəf qalmışdı.

Məsələnin müzakirəsi 2004-cü il noyabrın 23-də keçirildi.

 

2008 – Prezident İlham Əliyev Artur Rasizadənin Azərbaycan Respublikasının baş naziri təyin olunması haqqında sərəncam imzalayıb.

2008-ci il 15 oktyabr prezident seçkilərindən sonra Nazirlər Kabineti, Konstitusiyanın tələbinə uyğun olaraq istefaya getmişdi. Oktyabrın 28-də Milli Məclis Artur Rasizadənin Azərbaycanın yeni hökumətinin başçısı təyin olunması ilə bağlı təqdimatı təsdiqləmişdi.

Artur Rasizadə 1996-cı ildən Azərbaycan Respublikasının baş naziridir.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Artur_Rasizad%C9%99

http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=16828

 * * * 

Bax:

►28 oktyabr

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009