Bizim təqvim > Oktyabr > 28
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 28 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
28 oktyabr
1911 - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimov (1911-1993) anadan olub.
«Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, pyeslərin müəllifidir.
Mirzə İbrahimov 1950-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinin sədri olub, uzun müddət Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Mirz%C9%99_%C4%B0brahimov
http://www.dil-tarix-poeziya.gen.az/3_020.php
http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_iyun2009/81608.htm
http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2335
* * *
1993 - Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq hücumlarının (Zəngilan, Cəbrayıl, Füzuli rayonları ərazilərinin işğalı) genişlənməsi ilə bağlı bəyanat verib.
Bəyanatda erməni qüvvələrindən BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə əməl etmək, qoşunları işğal etdikləri ərazilərdən çıxarmaq tələb olunurdu.
Lakin rəsmi Vaşinqtonun bu çağırışı Ermənistan tərəfdən faktiki olaraq saya salınmadı.
* * *
1995 - Bakı metrosunda dəhşətli qəza baş verib.
Metronun "N.Nərimanov" və "Ulduz" stansiyaları arasında sərnişin qatarında yanğının baş verməsi nəticəsində 300-dən çox (bəzi rəqəmlərə gərə, 317 nəfər) insan həlak olub. 400-dən çox insan müxtəlif dərəcəli yanıq və xəsarət alıb
Bu, dünya tarixində ən böyük metro qəzası idi. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi.
Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/3692757.html
http://mix.az/interesting/32158-son-200-ilin-en-dehshetli-demiryol-qezalari.html
* * *
Bax:
►27 oktyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
28 oktyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (28.10 (yeni təqvimlə 9.11) 1818 - 22.8 (3.9.) 1883) anadan olub. “Atalar və oğullar”, “Ərəfə”, digər romanları, povest və hekayələri ilə şöhrət tapıb.
28 oktyabr 1903 - İngilis yazıçısı İvlin Vo (Evelyn Arthur St. John Waugh, 1903-1966) anadan olub.
28 oktyabr 1936 - Məşhur ukraynalı teatr rejissoru, Ukrayna və Rusiyanın Xalq artisti Roman Vityuk anadan olub.
28 oktyabr 1955 - Kompyuter dünyasının dahilərindən biri, amerikalı milyarder, “Microsoft” şirkətinin qurucusu Bill Qeytsin (Bill Gates - William Henry Gates) doğum günüdür.
28 oktyabr 1957 - Məşhur türkiyəli (kürd əsilli) müğənni Əhmət Qaya (28.10.1957, Malatya - 16.11.2000, Paris) anadan olub.
28 oktyabr 1967 - Dünya şöhrətli Amerika kinoaktrisası, “Oskar” laureatı (“Erin Brokoviç”, 2000) Culiya Roberts (Julia Roberts) anadan olub.