Bizim təqvim > Oktyabr > 27
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 27 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
27 oktyabr
1929 – Gürcüstanın azərbaycanlılar yaşayan Qarayazı bölgəsinin Dəmirçi-Həsənli kəndində kolxoz quruculuğu və sovet hakimiyyəti əleyhinə üsyan başlanıb.
İsaxan Hacıbayramoğlunun başçılıq etdiyi üsyan tədricən bütün Borçalı mahalını əhatə edib. Nəticədə hökumət üsyanın yatırılması üçün bölgəyə çoxlu sayda hərbi qüvvələr yeridib.
Üsyançılara qarşı hərbi əməliyyata həmin vaxt Zaqafqaziya (ZSFSR -Zaqfederasiya) təhlükəsizlik orqanlarının rəhbərlərindən olan Lavreti Beriya şəxsən komandanlıq edib. Üsyan qəddarlıqla yatırılıb və bütün fəalları güllələnib.
Əlavə bax:
http://asav.bochum.googlepages.com/Borcali_E-Seferov.pdf
http://www.azerbaycanli.org/az/page79.html
* * *
1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909-1932) vəfat edib.
Teatr tamaşalarına musiqi bəstələyib, "Uşaq süitası" əsəri ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, bir sıra xalq mahnılarını nota alıb.
* * *
1939 - Ssenarist, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada anadan olub.
“Şərikli çörək” (1969), “Alma almaya bənzər” (1975) və s. filmlərin ssenari müəllifidir.
* * *
1993 - Erməni silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonun Horadiz qəsəbəsi və Arazboyu kəndləri - Azərbaycan-İran sərhədinin 40 km-i işğal olunub.
Cəbrayıl rayonunun Arazboyu kəndləri və Zəngilan rayonu erməni işğalçı qüvvələrinin mühasirəsinə düşüb.
Əlavə bax:
http://azerbaycanli.org/az/news-330.html
http://karabakhblog.com/item.php?c=230&i=229
http://www.bbc.co.uk/azeri/news/story/2005/11/051120_refugees.shtml
* * *
1993 – Bakıda səfərdə olan İran prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani Azərbaycan prezidenti Heydər Əliyevlə görüşdən sonra Ermənistanın təcavüzünü pisləyən bəyanat verib.
İran prezidentinin Ermənistan rəhbərliyi ilə telefon danışıqlarından sonra işğalçı qüvvələrin hücumuna qısa ara verilib, Arazboyu bölgələrdə mühasirəyə alınmış əhali İran ərazisinə keçib.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/4563421.html
http://bizimasr.media-az.com/arxiv_2004/31/gundem.html
* * *
1993 – Prezident Heydər Əliyev BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək qurumu Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
* * *
Bax:
►26 oktyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
27 oktyabr 1449 - Böyük türk (özbək) mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy (22.3.1394 - 1449) vəfat edib. Əmir Teymurun nəvəsidir, atası Şahruxun ölümündən sonra Teymurilər dövlətinin başçısı olub. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mükəmməl astronomiya kataloqu olub. Uluqbəy özbək dilində şeirlər də yazıb.
27 oktyabr 1882 - İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1882 - 27.5.1840) anadan olub.
27 oktyabr 1886 - Yəhudi əsilli Rusiya rəssamı, modernizm və avanqard cərəyanın nümayəndəsi Robert Falk (1886-1958) anadan olub.
27 oktyabr 1883 - Litva ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi, şair və dramaturq Mikolas Vaytkus (Mykolas Vaitkus, 1883-1973) anadan olub. 1994-cü ildən mühacirətdə (əsasən ABŞ-da) yaşayıb.
27 oktyabr 1899 - Rus-sovet aktyoru, SSRİ-nin Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Rus Dram Teatrı) çalışıb.
27 oktyabr 1944 - Məşhur rus aktyoru Nikolay Petroviç Karaçensovun doğum günüdür.
27 oktyabr 1952 - Yapon əsilli Amerika filosofu və yazıçısı Frensis Fukuyama (Yoshihiro Francis Fukuyama) anadan olub.
27 oktyabr 1978 - Dünya şöhrətli Çin skripkaçısı, bəstəkar Vanessa Mey (Vanessa-Mae Vanakorn Nicholson) anadan olub.