ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 26

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 26 oktyabr hansı fakt və olaylarla yadda qalıb?

 

26 oktyabr

 

 

1917 - Bakıda «Müsavat» partiyasının I qurultayı (26-31 oktyabr) işə başlayıb. 

Qurultayda «Müsavat»ın ilk Proqramı qəbul olunub, Azərbaycanın müstəqqilliyi uğrunda mübarizə partiyanın əsas məramı elan edilib. Məhəmmədəmin Rəsulzadə partiyanın sədri seçilib.

«Müsavat»ın əsası 1911-ci ildə qoyulmuşdu və Rəsulzadə hələ Türkiyədə mühacirətdə ikən partiyanın lideri seçilmiş, 1913-cü ildə Bakıya qayıtdıqdan sonra partiyaya bilavasitə rəhbərlik etmişdi.

1917-ci ilin iyununda «Müsavat» «Türk Ədəmi Mərkəziyyət» («türk federalistlər») partiyası ilə birləşərək müsəlman (azərbaycanlı) əhalinin geniş dəstəyinə malik təşkilata çevrilmişdi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/M%C3%BCsavat_Partiyas%C4%B1

http://bayraqdar.azeriblog.com/2007/07/27/musavat-partiyasinin-tarixi

http://www.vhpress.az/index.php?mod=article&cat=X%C6%8FB%C6%8FR&article=135

 

1926 - Məşhur neftçi Qurban Abbasqulu oqlu Abbasov («Neftçi Qurban», 1926-1992) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Qurban_Abbasov

http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_avqust2009/88507.htm

http://az.wikipedia.org/wiki/Neft%C3%A7i_Qurban_(1970)

 

1999 - ABŞ dövlət katibinin müavini Stroub Telbott Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün Yerevana, oradan Bakıya gəlib.

Həmin dövr sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrın 17-19-da ATƏT-in İstanbul sammiti əsnasında Qarabağa dair müəyyən razılaşmanın imzalanacağı gözlənilirdi.

Bu arada Azərbaycanda xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, XİN başçısı Tofiq Zülfüqarov, prezidentin köməkçisi Eldar Namazov istefa vermişdilər və gözlənilən sülh anlaşması ilə bağlı ictimai rəydə geniş ajiotaj vardı.

Lakin oktyabrın 27-də Ermənistanda baş verən parlament terroru (parlamentin sədri Karen Dəmirçyanın, baş nazir Vazgen Sarkisyanın qətlə yetirilməsi) sülh anlaşması imkanlarını tamamilə heçə endirdi.

Əlavə bax:

http://library.aliyev-heritage.org/az/7832935.html

http://bizimasr.media-az.com/arxiv_2003/dekabr/258/dunya.html

http://www.azadliq.org/content/article/1862379.html

 

 

Bax:

25 oktyabr  

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009