ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 25

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 25 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

25 oktyabr  

 

1883 - Görkəmli aktyor, xalq artisti Mirzağa Əliyev (1883-1954) anadan olub.

Əlavə bax:

http://cinema.aznet.org/actor-base/Mirzaga_Aliyev.html

http://e-library.musigi-dunya.az/xatire_19.html

http://az.wikipedia.org/wiki/G%C3%B6vh%C9%99r_Qaz%C4%B1yeva

 * * * 

1912 - Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) (1912 - 7.5.2002).

Uzun illər "Azərbaycanfilm"də geyim üzrə quruluşçu rəssam işləyib. 

* * *

1912 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub. 

* * *

1921 - Xalq artisti Nəcibə Haşım qızı Məlikovanın (1921 - 27.7.1992) doğum günüdür.

Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (1959), "Aygün" (1961), "Əhməd haradadır?" (1964), "Arşın mal alan" (1966) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

* * *

1991 - Azərbaycan Respublikasının Dövlət Şurasının yaradılması və dövlət katibi postunun təsis edilməsi barədə fərmanlar verilib.

Yeni qurumun aqibəti ondan öncə təsis edilən Təhlükəsizlik Şurası və Müdafiə Şurasının aqibətindən fərqlənmədi. Prezident Ayaz Mütəllibov müxalifəti bu məşvərətçi qurumlara cəlb etməklə özünün zəif hakimiyyətinin ömrünü uzatmaq məqsədi güdürdü.

Dövlət katibi postuna təyin edilən akademik Tofiq İsmayılov bir ay sonra Qarakənd faciəsində (20 noyabr) həlak oldu.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page218.html

http://az.wikipedia.org/wiki/Qarak%C9%99nd_faci%C9%99si

 * * *

1997 - Azərbaycan neftinin Şimal marşrutu - Bakı-Novorossiysk neft kəməri ilə ixracı başlanıb.

Sovet dövründə inşa edilən boru xətti Çeçenistandakı müharibə səbəbindən uzun müddət fəaliyyətsiz qalmışdı.

Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqli haqda hökumətlərarası müqavilə 1996-cı ilin 18 yanvarında bağlanılıb. 1 ton neftin nəqlinə görə müəyyən edilən tarif 15,67 dollar təşkil edir. 

Bakı-Novorossiysk neft kəmərinin uzunluğu 800 kilometrdir, gücü ildə 5 milyon tondur.

Əlavə bax:

http://az.trend.az/capital/oil/oilgas/1480731.html#

http://213.172.74.37/articles.php?article_id=20061204122154411&page=00&lang=az

 * * *

2001 - ABŞ Senatında gərgin müzakirələrdən sonra Azərbaycana qarşı diskriminasiya aktının - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə qərar qəbul edilib.

Senat qərarı Azərbaycanın antiterror koalisiyasında ABŞ-la müttəfiq olmasını və Ağ ev administrasiyasının bununla bağlı müraciətini nəzərə alaraq qəbul etmişdi.

«907»-nin qüvvəsinin dayandırılması ilə bağlı prosedur 2002-ci ilin yanvarında tamamlandı.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_okt/360/xeber.html#1

http://www.zaman.az/site/shownews.php?news_id=22059

 * * *

2002 – Gülüstan sarayında “Azərbaycan Rüspublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nın təqdimatı keçirilib.

Prezident Heydər Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamı əsasında hazırlanan və Dövlət Proqramı 2003-2005-ci illəri əhatə edən Dövlət Proqramında makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, özəlləşdirmənin sürətləndirilməsi, ölkədə orta aylıq əməkhaqqının 1,8 dəfə artırılması və s. tədbirlər nəzərdə tutulmuşdu.

Əlavə bax:

http://library.aliyev-heritage.org/az/9442930.html

http://www.un-az.org/undp/SPREAD_Declaration/docs/Progress_Report_2005_az.pdf

 * * *

2005 - Prezident İlham Əliyev «Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda ilk dəfə olaraq seçicilərin səsvermə zamanı barmaqlarının işarələnməsi (gözlə görünməyən mürəkkəblə) praktikası tətbiq olundu.

Əlavə bax:

http://www.voanews.com/azerbaijani/archive/2005-10/aze-ilham.cfm?moddate=2005-10-25

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=172

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=2965

 * * *  

Bax:

►24 oktyabr

* * *  

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

25 oktyabr 1806 - Alman filosofu Maks Ştirner (əsl adı İohann Kaspar Şmidt, 1806-1856) anadan olub. 

25 oktyabr 1825 - Avstriya bəstəkarı İohann (oğul) Ştraus (25.10.1825 - 3.6.1899) anadan olub. 

25 oktyabr 1838 - Görkəmli fransız bəstəkarı (“Karmen” operası) Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838-3.6.1875) anadan olub. 

25 oktyabr 1843 - Rus yazıçısı Qleb İvanoviç Uspenski (1843-1902) anadan olub. 

25 oktyabr 1864 - Qırğız milli ədəbiyyatının banilərindən biri, şairi Toktoqul Satılqanovun (1864-1933) doğum günüdür. 

25 oktyabr 1881 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş və dizayner Pablo Pikasso (Pablo Picasso, 25.10.1881- 8.4.1973) anadan olub. 

25 oktyabr 1889 - Fransız kinosunun banilərindən biri, kinorejissor Abel Qans (Abel Gance, 1889-1981) anadan olub. 

25 oktyabr 1926 - Rus opera müğənnisi, SSRİ-nin Xalq artisti, məşhur bakılı musiqiçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya anadan olub. 

25 oktyabr 1931 - Fransız kinoaktrisası Anni Jirardo (Annie Girardot) anadan olub. 

25 oktyabr 1938 - Rus aktrisası Tamara Petrovna Syomina anadan olub. 

25 oktyabr 1950 - Britaniyalı müğənni və bəstəkar Kris Norman (Christopher Ward Norman) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009