ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 24

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 24 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

24 oktyabr

 

1882 - Görkəmli mütəfəkkir-şair, yazıcı, dramaturq Hüseyn Cavid (Hüseyn Molla Abdulla oğlu Rasizadə, 1882-1941) Naxçıvanda anadan olub.

Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", «Xəyyam» və s.) müəllifidir.

1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib.

1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/H%C3%BCseyn_Cavid

http://bizimasr.media-az.com/arxiv_2002/oktyabr/245/meden.html#1

http://www.huseyncavid.com/

 * * *

1919 - ABŞ-ın Cənubi Qafqazdakı hərbi nümayəndəsi polkovnik Qaskel Ermənistanla Azərbaycanın Naxçıvan üstündə mübahisəsini çözmək üçün bölgənin neytral zona elan edilməsi və ABŞ general-qubernatorluğunun idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib.

ABŞ rəsmisi bunun müqabilində Qarabağ və Zəngəzurun Azərbaycan ərazisi kimi tanınacağını vəd edib.

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi ABŞ nümayəndəsinin bu təklifini rədd edib.

Əlavə bax:

http://www.rasulzade.org/ideology/5_35.html

http://www.elibrary.az/docs/saadq.pdf

 * * *

1929 - Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Faxralı kəndində anadan olub.

Orta və ali məktəblər üçün ədəbiyyat dərsliklərin, bir çox təqdiqat əsərlərinin müəllifidir.

Əlavə bax:

http://www.faxrali.com/elmler_doktorlari.htm

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=9502

http://213.172.74.37/articles.php?article_id=20070402081935462&page=02&lang=az&eu=0

 * * *

1992 - ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəliş əlavə edilib.

Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi.

Azərbaycan uzun müddət 907-nin ləğvi üçün səy göstərdi, yalnız 2001-ci ilin sonunda Konqres ABŞ administrasiyasının müraciət əsasında qadağanın qüvvəsini dayandırdı.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_okt/360/xeber.html#1

http://www.zaman.az/site/shownews.php?news_id=22059

http://mfa.gov.az/images/stories/Countries/ABS/01.pdf

 * * *

1993 - Ermənistanın işğalçı qüvvələri Qarabağın cənubunda yeni hücuma keçiblər.

Füzulinin Horadiz qəsəbəsi ətrafında və Arazboyu kəndlərində döyüşlər başlanıb.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-330.html

http://karabakhblog.com/item.php?c=230&i=229

http://www.bbc.co.uk/azeri/news/story/2005/11/051120_refugees.shtml

 * * *

2008 - İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin rəsmi andiçmə (inauqurasiya) mərasimi keçirilib.

Əlavə bax:

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=8523

 * * *  

Bax:

►23 oktyabr

 * * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

24 oktyabr 1804 - Alman fiziki, teleqrafın ixtiraçısı Vilhelm Veber (Wilhelm Eduard Weber, 1804-1891) anadan olub. 

24 oktyabr 1882 - Macar bəstəkarı İmre Kalman (Imre Kalman, 1882-1953) anadan olub. 

24 oktyabr 1911 - Məşhur rus aktyoru, rejissoru, SSRİ-nin Xalq artisti Arkadi İssakoviç Raykin (1911-1987) anadan olub. 

24 oktyabr 1921 - Rus-sovet şairi, publisist, tərçüməçi Lev Vladimiroviç Ginzburq (1921-1980) anadan olub. 

24 oktyabr 1945 - Rus aktyoru Andrey Leonidoviç Martınovun doğum günüdür. 

24 oktyabr 1945 - Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür.  

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009