ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 23

Tarixdə bu gün: Azərbaycan

Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 23 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

23 oktyabr

 

1978 - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb.

Muxtar respublikanın mərkəzi Naxçıvan şəhəri isə ayrıca ərazi-inzibati vahid (respublika əhəmiyyətli şəhər) olub.

Bir qədər əvvəl (may 1978) analoji qərarla DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu adlındırılmış, Stepanakert respublika əhəmiyyətli şəhər statusu almışdı.

Əlavə bax:

http://www.nakhchivan.az/portal-1/seh-ray.htm

http://az.wikipedia.org/wiki/Bab%C9%99k_(rayon)

 * * *

1991 - SSRİ Dövlət Şurasının («Avqust qiyamı»ndan sonra ittifaq parlamenti tərəfindən təsis edilən və SSRİ-nin «sökülməsi»ni həyata keçirən müvəqqəti idarəetmə orqanı) qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ləğv edilib.

Bu qərardan sonra Azərbaycan DTK ləğv olundu və onun əsasında Milli Təhllükəsizlik Nazirliyi (1 noyabr 1991) yaradıldı.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Milli_T%C9%99hl%C3%BCk%C9%99sizlik_Nazirliyi

http://www.mns.gov.az/filip_bobkov_az.html

 * * *

1998 - Ölkədəki növbəti prezident seçkilərindən (11 oktyabr 1998) sonra Konstitusiyanın tələbinə uyğun olaraq istefaya getmiş Nazirlər Kabinetinin yeni tərkibi formalaşıb.

Prezident Heydər Əliyevin təqdimatı əsasında Milli Məclis Artur Rasizadəni yenidən baş nazir vəzifəsinə təsdiqləyib. Hökumətin keçmiş üzvləri əksəriyyət etibarilə yeni kabinetdə yer alıblar.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Artur_Rasizad%C9%99

http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=16828

 * * *

2002 - ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyev Vaşinqtona səfərə gedişində ABŞ-ın vitse-prezident Riçard Çeyni ilə, konqresmenlərlə, siyasi dairələrlə görüşlər keçirib.

İlham Əlıyev Vaşinqtonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda məruzə ilə çıxış edib.

İnstitutun direktoru Fred Star İlham Əliyevi auditoriyaya Azərbaycanın gələcək lideri kimi təqdim etmişdi.

Bir il sonra bu fikir öz təsdiqini tapdı.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2002/oktyabr/244/xeber.html#1

 * *  * 

Bax:

►22 oktyabr

* * *



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009