ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 21

Tarixdə bu gün: Azərbaycan

Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 21 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

21 oktyabr

 

1603 – Təbrizdə Osmanlı hakimiyyəti əleyhinə xalq üsyanı başlayıb. Üsyandan istifadə edən Səfəvi hökmdarı I Şah Abbas qoşunları ilə Təbrizə daxil olaraq Osmanlı qüvvələrini şəhərdən çıxarıb.

Bununla Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibə (1603-1612) başlanıb.

Osmanlı dövləti bundan öncəki müharibədə (1578-1590) Səfəviləri məğlub edərək Şimali və Qərbi Azərbaycanı, həmçinin Cənubi Azərbaycanın bir hissəsini (Təbriz, Marağa) ələ keçirmişdi.

Yeni müharibə Səfələrin üstünlüyü ilə keçdi və I Şah Abbas sələfi Məhəmməd Xudabəndin itirdiyi torpaqları geri aldı.

Əlavə bax:

http://www.salaminfo.az/tarix/115.html

http://www.gunaz.tv/xaber/diplomatiya-tariximize-deyerli-tohfe

http://tr.wikipedia.org/wiki/I._Abbas

 * * *

1932 – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, inqilab ruhlu şair və ictimai xadim Xəlil Rza Ulutürk (1932-1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub.

1988-ci ildə başlanan milli-azadlıq hərəkatının aparıcı simalarından olub, 1990-cı ilin 20 yanvar qırğınından sonra SSRİ DTK tərəfindən həbs edilib, Moskvadakı Lefortovo həbsxanasında 9 ay həbsdə saxlanılıb.

1992-ci ildə Xəlil Rza Ulutürkə Azərbaycanın “Xalq şairi” fəxri adı verilib.

Şair 1994-cü il iyunun 22-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/X%C9%99lil_Rza

http://www.xelilrza.org/az/xatire2.shtml

http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1715

* * *  

1987 – Heydər Əliyev Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən istefa verib.

Sov.İKP MK-nın plenumunda Heydər Əliyevin partiyanın ali orqanından - Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən istefası qəbul olunub.

Ertəsi gün Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən də istefa verdi və SSRİ Ali Sovetinin Rəyasət Heyəti istefanı qəbul etdi.

Bununla bağlı qərarda Heydər Əliyevin “səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar” istefa verdiyi qeyd edilmişdi.

Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər M.Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start verdilər.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2004/42/tarix.html#1

http://az.wikipedia.org/wiki/Heyd%C9%99r_%C6%8Fliyev

 * * *

1993 – Azərbaycan Respublikası ilə Braziliya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=88&Itemid=43

 * * * 

Bax:

►20 oktyabr

 * * *



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009