Bizim təqvim > Oktyabr > 20
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 20 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
20 oktyabr
1141 – Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvi (İlyas Yusif oğlu Nizami, 1141-1209) Gəncədə anadan olmuşdur.
Nizaminin «Xəmsə»si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Nizami_G%C9%99nc%C9%99vi
http://www.ganca.net/aze/nizami.html
http://www.kataloq.az/v2/shexsler/Nizami-G%C9%99nc%C9%99vi-1
http://gnet.bbfr.net/forum-f2/topic-t19.htm
|

|
|
Mir Cəlal, Əhməd Cəmil, Səməd Vurğun
|
1913 – Tanınmış şair Əhməd Cəmil (Cəmilzadə Əhməd Səttar oğlu, 1913-1977) İrəvan şəhərində anadan olub.
Bir çox ədəbi nəşrlərə rəhbərlik edib.
Rus, ukraynalı, gürcü, belarus, özbək şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1977-ci il sentyabrın 27-də vəfat edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_C%C9%99mil
http://xariciedebiyyat.azeriblog.com/2007/10/05/ehmed-cemilin-poetik-tercumesinde-dunya-sheri
1922 – Xalq artisti, görkəmli müğənni Şövkət Ələkbərova (1922-1993) anadan olub.
Şövkət Ələkbərova məlahətli səsi ilə Azərbaycan musiqisini keçmiş SSRİ məkanında, eləcə də Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkədə tanıdıb.
1993-cü il fevralın 7-də vəfat edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C5%9E%C3%B6vk%C9%99t_%C6%8Fl%C9%99kb%C9%99rova
http://asef-zeynalli.com/81-350246vk601t-399l601kb601rova.html
http://musigi-dunya.az/new/read_magazine.asp?id=243
1940 – Görkəmli ictimai-siyasi xadim Həsən Həsənov Tiflis şəhərində anadan olub.
1981-1990-cı illərdə Azərbaycan KP MK-nın katibi işləyib, 1990-1992-ci illərdə respublikanın baş naziri, 1992-1993-cü Azərbaycanın BMT-də ilk daimi nümayəndəsi, 1993-1998-ci illərdə xarici işlər naziri olub.
2004-cü ildə Azərbaycan Respublikasının Macarıstanda səfiri təyin edilib.
Tarix elmləri doktorudur .Azərbaycanın sovetləşmə tarixinə (Nəriman Nərimanov haqqında) dair tədqiqat əsərlərinin, pyes və nəsr əsərlərinin müəllifidir.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_H%C9%99s%C9%99nov
http://qarapapaqlar.borchali.net/index.php?cat=oxu&id=3
1981 – Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı “Azərbaycan” istilik elektrik stansiyası (İES) istifadəyə verilib.
İnşası 1974-cü ildə başlanan elektrik stansiyası Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir.
“Azərbaycan” İES Qafqazda ən böyük istilik elektrik stansiyasıdır, Azərbaycanın enerji tələbatının təxminən yarısını (2400 Mvt) təmin edir.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2004-cü ildən etibarən 20 oktyabr - “Azərbaycanda energetiklərin peşə bayramı günü” kimi qeyd olunur.
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=8296
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=6205
Bax:
19 oktyabr