ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 19

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 19 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

19 oktyabr

 

1898 – Azərbaycan Elmlər Akademiyasının üzvü, tanınmış ədəbiyyatşünas alim, professor Feyzulla Qasımzadə (1898-1976) anadan olmuşdur.

Feyzulla Qasımzadə uzun müddət Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib.

Əlavə bax:

http://philology.bsu.edu.az/az/content/klassk_azrbaycan_dbyyati_kafedrasi_341

 * * *

1937 - Tanınmış dirijor, professor, Xalq artisti Rauf Abdullayevin doğum günüdür.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur.

* * *

1951 – Azərbaycanda 1993-1995-ci illərdə daxili işlər nazirinin müavini, Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandiri olmuş Rövşən Cavadov Laçın rayonunda anadan olub.

Polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə XTPD hisssələri Qarabağda erməni işğalına qarşı böyük rəşadət göstəribr.

Lakin sonradan R.Cavadov və XTPD ölkədə siyasi oyunlara qoşulub və 1995-ci ilin martında Heydər Əliyev hakimiyyətinə qarşı qiyam qaldırıb. Qiyam yatırılıb, R.Cavadov hökumət qüvvələri ilə atışmada həlak olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/R%C3%B6v%C5%9F%C9%99n_Cavadov

http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=4674

http://www.azdiaspora.org/forum/index.php?topic=856.5;wap2

 * * *

1991 – Erməni silahlı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı törədiblər.

Ağdərə (Mardakert) rayonunun Sırxavənd kəndi yaxınlığında minik avtomaşının partladılması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Əlavə bax:

http://mns.gov.az/terroractspart7_az.html

 * * *

1999 – Milli Məclis Azərbaycan hərbçilərinin Kosovoda beynəlxalq sülhyaratma əməliyyatında (KFOR) iştirakına icazə verən qərar qəbul edib.

Sənədə əsasən, 30 nəfərlik Azərbaycan taqımı Kosovodakı Türkiyə kontingentinin tərkibində xidmətə başlayıb.

Bu, ölkəmizin iştirak etdiyi ilk sülhyaratma əməliyyatı idi. Azərbaycan hərbçilərinin Kosovoda xidməti 2008-ci ilədək davam etdi və həmin ilin martında parlamentin qərarı ilə sülhməramlı taqım geri çağırıldı.

Əlavə bax:

http://www.milaz.info/news.php?id=1621

http://www.azerbaycanli.org/az/news-97.html

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=263&Itemid=1

 * * *

2005 – Parlament seçkiləri (6 noyabr 2005) ərəfəsində radikal müxalifət qüvvələri ilə əlbir olaraq hakimiyyət çevrilişi həyata keçirməyə hazırlaşan, bu işə külli miqdarda maliyyə ayıran yüksək vəzifəli şəxslər ifşa olunub.

Oktyabrın 19-da iqtisadi inkişaf naziri Fərhad Əliyev, 20-də səhiyyə naziri Əli İnsanov vəzifələrindən kənarlaşdırılaraq həbs olunublar.

Prezidentin İcra Aparatının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev, “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov və digər şəxslər məsuliyyətə cəlb olunub.

Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin apardığı təhqiqat nəticəsində onlara qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, iğtişaşa hazırlıq və s. maddələri üzrə cinayət işi açılıb.

Əlavə bax:

http://www.voanews.com/azerbaijani/archive/2005-10/Aze-akif.cfm?moddate=2005-10-25

http://azerbaycanli.org/az/page124.html

http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=aview&id=17192

 * * *  

Bax:

►18 oktyabr

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

19 oktyabr 1433 - İtalyan mütəfəkkiri, erkən İntibahın görkəmli nümayəndəsi Marsilio Fiçino (Marsilius Ficinus - Marsilio Ficino, 1433-1499) anadan olub. 

19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikolya Lümyer (qardaşı Lui Jan Lümyerlə birlikdə) (Auguste Louis Marie Nicholas Lumiere, 1862-1954) anadan olub. 

19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturiasın (Miguel Angel Asturias, 1899-1974) doğum günüdür. 

19 oktyabr 1916 - Dünya şöhrətli rus-sovet pianoçusu Emil Gilels (1916-1985) anadan olub. 

19 oktyabr 1918 - Rus şairi, dramaturq, ssenarist Aleksandr Qaliç (Ginzburq) (1918-1977) anadan olub. 

19 oktyabr 1931 - İngilis detektiv yazıçısı Con le Karre (John le Carre - David John Moore Cornwell) anadan olub. 

19 oktyabr 1952 - Məşhur Meksika aktrisası (“Varlılar da ağlayırlar” serialı) Veronika Kastronun (Veronica Castro) doğum günüdür. 

19 oktyabr 1969 - Amerika kinoaktyoru Trey Parker (Trey Parker) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009