Bizim təqvim > Oktyabr > 17
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 17 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
17 oktyabr
1612 – Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin yekunlarına dair Sərab sülhü imzalanıb. Saziş iki ölkə arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtlərini bərpa edib.
Osmanlı Qərbi Gürcüstanı və Qərbi Azərbaycanın bir hissəsini (indiki Ermənistan qərbi) özündə saxlamqla Şimali Azərbaycanı, Təbriz, Marağa və digər Cənubi Azərbaycan torpaqlarını Səfəvilərə qaytarıb.
Bundan öncə tərəflər arasında baş vermiş müharibədə (İstanbul sülhü, 1590) Osmanlı Şirvandan Təbrizədək Azərbaycan torpaqlarını ələ keçirmişdi.
Sərab sazişinə əsasən, Səfəvi dövləti Osmanlının Şimali Qafqazda irəliləməsinə və Terek qalasını ələ keçirməsinə razılaşıb.
Əlavə bax:
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2007&Pid=18376
http://www.borchali.net/index.php?cat=kerem_memmedov&s=23
http://az.wikipedia.org/wiki/S%C9%99f%C9%99vil%C9%99r_d%C3%B6vl%C9%99ti
* * *
1905 – Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid, 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib.
“Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dər əsərin müəllifidir.
İtaliyada vəfat edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99mm%C9%99d_%C6%8Fs%C9%99d_b%C9%99y
http://az.apa.az/xeber_Mehemmed_Esed_bey_(Qurban__149378.html
http://bizimyol.az/?mod=news&act=view&nid=13843
* * *
1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub.
Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib.
Bakı kinostudiyasında 12 sənədli film çəkib.
* * *
1924 – Əməkdar incəsənət xadimi, şair Rzayеv Hüsеyn Məmməd oğlu (Hüsеyn Razi) anadan olub. 1998-ci il fevralın 17-də vəfat edib.
Əlavə bax:
http://www.anl.az/down/elametdar2009.pdf
* * *
2003 - Görkəmli şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (25.9.1946-2003) vəfat edib.
* * *
2005 – Azərbaycanda parlament seçkiləri (6 noyabr 2005) ərəfəsində siyasi gərginlik kritik həddə çatıb.
Radikal müxalifət qüvvələrinin («Azadlıq» bloku) ölkədə «narıncı inqilaba» başlamaq cəhdləri iflasa uğrayıb.
«İnqilabın rəhbəri» hesab edilən parlamentin keçmiş sədri Rəsul Quliyev müxalifətin gözləntilərinə rəğmən ölkəyə qayıtmaqdan imtina edib, bunun ardınca isə onun hakimiyyət daxilindəki tərəfdarları ifşa olunub.
Əlavə bax:
http://azerbaycanli.org/az/page124.html
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=117
http://www.isagambar.az/2006/1701-isa.htm
* * *
Bax:
►16 oktyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
17 oktyabr 1760 - Fransız mütəfəkkiri və sosioloqu Klod Sen-Simon (Claude-Henri de Rouvroy, Comte de Saint-Simon, 1760-1825) anadan olub.
17 oktyabr 1849 - Görkəmli polyak bəstəkarı Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib.
17 oktyabr 1911 - Yəhudi əsilli Rusiya multiplikasiya kinooperatoru (300-dən çox cizgi filmi) Mixail Zaxaroviç Druian (1911 - 7.7.2000) anadan olub.
17 oktyabr 1915 - Amerika dramaturqu Artur Millerin (Arthur Aster Miller, 1915-2005) doğum günüdür.
17 oktyabr 1918 - Amerika kinoaktrisası Rita Heyvort (Rita Hayworth - Margarita Carmen Cansino, 1918 - 14.5.1987) anadan olub.
17 oktyabr 1920 - Amerika kinorejissoru Montqomeri Klift (Montgomery Clift, 1920-1966) anadan olub.
17 oktyabr 1931 - Rus yazıçısı Anatoli Pristavkin (1931- 11.7.2008) anadan olub.
17 oktyabr 1972 - Məşhur Amerika rep müğənnisi Eminem (Eminem - Marshall Bruce Mathers) anadan olub.
17 oktyabr 1972 - Türk estrada ulduzu Tarkan Tevetoğlu Almaniyanın Frankfurt yaxınlığındakı Alzey qəsəbəsində doğulub. 1986-cı ildən Türkiyədə yaşayır.