Bizim təqvim > Oktyabr > 16
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 16 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
16 oktyabr
1855 – Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (1855-1931) Lənkəranda anadan olub.
Səməd bəy Mehmandarov çar Rusiyasının ordusunda diviziya komandiri olub, 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin müdafiə naziri işləyib.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra general Mehmandarov Bakıda hərbi komandirlər məktəbində dərs deyib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/S%C9%99m%C9%99d_b%C9%99y_Mehmandarov
http://www.kataloq.az/v2/shexsler/S%C9%99m%C9%99d-b%C9%99y-Mehmandarov-96
* * *
1923 - Şair, nasir, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu Masallı rayonunun Mollaoba kəndində anadan olub.
Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınır.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Gülhüseyn_Hüseynoğlu
* * *
1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub.
“Vaqif, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
Əlavə bax:
http://medeniyyet.az/site/?name=content&content=7240
* * *
1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda anadan olub.
1969-cu ildən «Azərbaycanfilm» kinostudiyasında işləyib.
Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Köçəri_Məmmədov
* * *
1949 – Əməkdar еlm xadimi, akademik, tanınmış ədəbiyyatşünas alim İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danyeri kəndində anadan olub.
Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatıdır.
Əlavə bax:
http://www.science.gov.az/az/acmembers/habibbayliiaar.htm
http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1875
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=31748
* * *
1992 – Azərbaycanın bir qrup ziyalısı Haxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək ondan ölkənin siyasi həyatında fəal iştirak etməyi və yeni yaradılan siyasi təşkilata liderliyi üzərinə götürməyi xahiş edib.
"Səs" qəzetində dərc olunan müraciətə 91 nəfər imza atmışdı. Bu hadisə Azərbaycanın yeni tarixinə "91-lərin təşəbbüsü" kimi düşdü.
Heydər Əliyev müraciətə müsbət cavab verdi və Azərbaycanın siyasi həyatında yeni təşkilatın - Yeni Azərbaycan Partiyasının təşəbbüs qrupu yarandı. Partiyanın təsis konfransı 1992-ci ilin noyabrın 21-də Naxçıvanda keçirildi.
Əlavə bax:
http://www.yap.org.az/view.php?lang=az&menu=4
http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=12084
* * *
1996 – Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb.
İclasda Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın proporsional siyahısı üzrə millət vəkili seçilmiş Murtuz Ələsgərov parlamentin sədri seçilib.
Bundan öncə, 1996-cı ilin sentyabrında Milli Məclisin sədri Rəsul Quliyev istefa vermişdi.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Murtuz_%C6%8Fl%C9%99sg%C9%99rov
http://www.aztv.az/xbdx/x-1.asp?id=4806&il=2008
* * *
2004 – Ağstafa rayonunun Böyük Kəsik kəndində - Azərbaycan-Gürcüstan (Qardabani rayonu) sərhədində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib.
"Qızıl qaynaq" mərasimində Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili iştirak ediblər.
Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi yekun mərhələyə qədəm qoyub.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2004/42/aktual.html#2
* * *
2007 – Prezident İlham Əliyev Tehranda Xəzəryanı ölkələrin (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) dövlət başçılarının ikinci sammitində (ilk sammit 2002-ci ilin aprelində Aşqabadda keçirilmişdi) iştirak edib.
Zirvə toplantısında «Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya” layihəsi müzakirə edilib, birgə bəyannamə qəbul olunub.
Əlavə bax:
http://www.mediaforum.az/articles.php?article_id=20071016115240703&page=00&lang=az
http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=aview&id=21203
http://www.voanews.com/azerbaijani/archive/2007-10/Aze-xelefxelefovtehran.cfm?moddate=2007-10-22
* * *
Bax:
►15 oktyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
16 oktyabr 1854 - Görkəmli irland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O'Flahertie Wills Wilde, 1854-1900) anadan olub.
16 oktyabr 1854 - Alman tarixçisi, itqisadçı, sosial-demokratiyanın nəzəriyyəçilərindən biri Karl Kautski (Karl Kautsky, 1854-1938) anadan olub.
16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O'Neill, 1888-1953) anadan olub.
16 oktyabr 1897 - Rus yazıçısı, məşhur “12 stul” romanının həmmüəllifi (Yevgeni Petrov (Katayev) ilə birgə) İlya İlf (İxeil Faynzilberg, 1897 - 13.4.1937) anadan olub.
16 oktyabr 1925 - İngilis kinoaktrisası Encela Lensberinin (Angela Lansbury) doğum günüdür.
16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Grass) anadan olub.
16 oktyabr 1947 - Rus kinorejissoru İvan Dıxoviçnı (1947-2009) anadan olub.
16 oktyabr 1947 - Amerika kinorejissoru Devid Tsuker (David Zucker) anadan olub.
16 oktyabr 1948 - Məşhur hind aktrisası (“Zita və Gita”), rejissor Hema Malini (Hema Malini) anadan olub.
16 oktyabr 1962 - Tanınmış rus müğənnisi Dmitri Xvorostovskinin doğum günüdür.
16 oktyabr 1988 - Sovet (mərkəzi) televiziya efirində Braziliya istehsalı olan “Qul İzaura” (“Escrava Isaura”) adlı ilk teleserialın nümayişi başlanıb.