Vətənimiz Azərbaycan > Mədəniyyət > Tarixi irs və çağdaş inkişaf
Olimpiadanın beşiyi - Qobustan
Nuridə Atəşi: “Amazonların saldığı ilk şəhər - Qayalar yurdu - əzəmətli Qobustan olub! Onların qurduğu bu ilk şəhər, amazonların bütün dünyadakı yeganə daş kitabı ilə dünyanı heyrətləndirməliyik”
-12.08.2009-
Tam 13 ildən bəri Qafqaz amazonlarını tədqiq edərkən gəldiyim nəticələr və aşkara çıxardığım tapıntılar özümdən çox, avropalıları şaşırtdı və bu günə qədər bir çox Qərb tədqiqatçılarının amazonlar haqqında yazdıqları cild-cild kitabların önəmini, demək olar ki, heçə endirdi.
Avstriyalı tədqiqatçı Gerhard Pöllauer, almaniyalı Jochen Fornasier, amerikalı Patrik J.Gearu və professor Janin Deviss Kimball amazonların tanınmış tədqiqatçıları hesab edilirlər.
Mən amazonlar haqqında antik yazarların və bugünkü tədqiqatçıların yazdıqlarının izi ilə uzun illərdən sonra addım-addım irəliləyib, amazonların məhz azərbaycanlı qadınların əcdadları olduğu qənaətinə gəldim və onların dünyada ilk yaşayış mağaralarının Qobustanda yerləşdiyini bütün dünyaya bəyan etmək gücünü artıq özümdə hiss edirəm. >>>
Novruz təravət, ruzi və bərəkət rəmzidir
-19.03.2009-
Novruz bayramı uzun illər ərzində müxtəlif adlarla (Yeni Gün bayramı, Ərgənəgün bayramı, Bahar bayramı) adlandırılsa da, onun əsas mahiyyəti, təravət, yenilik, ruzi-bərəkət rəmzi dəyişməyib.
Farsca Nou ruz, türkcə Nevruz, özbəkcə Navruz, türkməncə Novruz, qazaxca Naurız, qırğızca Nooruz və s. adlandırılan Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (20-21 mart) keçirilir.
Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətinin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, azərbaycanlılar da baharın - Yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. >>>