1910 - Görkəmli kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvanda anadan olub.
Azərbaycan kino tarixində önəmli yer tutan “O olmasın, bu olsun, “Dəli Kür”, “Yenilməz batalyon”, “Koroğlu”, “Qayınana” flimlərini çəkib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Hüseyn_Seyidzadə
* * *
2002 – Prezident Heydər Əliyev İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin dövlət başçılarının 7-ci sammitində iştirak edib.
Sammitdə ECO ölkələri (Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) arasında regional ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas mövzu olub.
Əlavə bax:
http://azerbaycanli.org/az/page158.html
http://azerbaycanli.org/az/page159.html
2003 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib.
MSK-nın rəsmi məlumatına görə, ölkə üzrə qeydə alınmış 4,442 mln. seçicidən 71,23 faizi səsvermədə iştirak etmişdi. Seçicilərin 76,84 faizi baş nazir, Yeni Azərbaycan Partiyasının sədr müavini İlham Əliyevə səs verib.
Ümumilikdə 8 namizədin iştirak etdiyi seçkilərdə ikinci yeri «Müsavat» partiyasının başqanı İsa Qəmbər (12 faiz) tutub.
Seçkilərin səhərisi nəticələrə etiraz edən radikal müxalifət qüvvələri Bakının mərkəzində kütləvi iğtişaşlar, qanunazidd əməllər törədiblər.
Hüquq mühafizə orqanları iğtişaşları yatırıb, olayların təşkilatçıları və fəalları həbs olunub.
Əlavə bax:
http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/2003.htm
http://bizimasr.media-az.com/arxiv_2003/oktyabr/228/
http://bizimasr.media-az.com/arxiv_2003/oktyabr/229/olke.html#1
2008 – Azərbaycanda keçirilən növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib.
Seçkinin rəsmi nəticələrinə əsasən, ölkə üzrə seçicilərin 75,64 faizi (3,7 mln. nəfər) səsvermədə iştirak edib və seçicilərin 88,73 faizi İlham Əliyevə səs verib.
Seçkidə ümumilikdə 7 namizəd iştirak edib, 2-3-cü yerləri müxalifət nümayəndələri İqbal Ağazadə (Ümid Partiyası, 2,86 faiz) və Fazil Qəzənfəroğlu (Böyük Quruluş Partiyası, 2,47 faiz) tutub.
Əlavə bax:
http://www.cec.gov.az/az/7prezident2008/qerar/qerar29-137.htm
http://www.mediaforum.az/articles.php?article_id=20081024012452616&page=00&lang=az
Bax:
14 oktyabr
* * *