Bizim təqvim > Oktyabr > 14
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 14 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
14 oktyabr
1933 – Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Araz (1933-2004) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olub.
Vətənpərvərlik, torpaqsevərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Bir sıra rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99d_Araz
http://www.anspress.com/index.php?a=2&lng=az&nid=6356
http://chudaferin.azeriblog.com/2009/03/03/tahire-kederli-memmed-araz-hesretinden
* * *
1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 874 saylı qətnamə qəbul edib.
Sənəd oktyabrın 8-də Moskvada keçirilmiş yüksək səviyyəli Azərbaycan-Ermənistan danışıqlarının nəticəsi olaraq qəbul edilmişdi.
Bu, Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin ali qurumu tərəfindən qəbul edilən sayca üçüncü qətnamə idi.
Sənəd ümumi xarakterli idi və tərəfləri münaqişənin dinc yolla həllinə çağırmaqla kifayətlənirdi.
Əlavə bax:
http://melumat.xazar.com/idx/56/256/article/BMTnin-874ci-Q601tnam601si.html
http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=551&Itemid=1
* * *
2004 – Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə daxil edilməsi barədə quruma rəsmən müraciət edib.
Qarabağ nizamlanmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa) Azərbaycanı həmin təşəbbüsdən çəkindirməyə çalışsalar da, buna müvəffəq olmadılar.
Müsəlman ölkələrin və GUAM ölkələrinin Azərbaycana dəstəyi ilə məsələ oktyabrın 29-da Baş Assambleyanın gündəliyinə salındı və həmin il noyabrın 23-də müzakirəyə çıxarıldı.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2004/42/gundem.html#2
http://bizimasr.media-az.com/arxiv_2004/43/
* * *
Bax:
►13 oktyabr