Bizim təqvim > Oktyabr > 11
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 11 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
11 oktyabr
1935 - Şair İsgəndər Aslan oğlu Axundov anadan olub.
* * *
1938 - Yazıçı, ssenarist (“Qara gölün cəngavərləri”), tərcüməçi Emil Ağayevin doğum günüdür.
* * *
1959 - Kinooperator Rövşən Quliyev anadan olub. 1977-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir sıra bədii və sənədli filmlərin quruluşçu operatorudur.
* * *
1983 - Görkəmli nasir, Xalq yazıçısı Süleyman Rəhimov (1900-1983) vəfat edib. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.
* * *
1998 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına əsasən, seçkilərdə ölkə üzrə seçicilərin ümumi sayının (4,2 milyon nəfər) 79,18 faizi iştirak etmişdi.
Dövlət başçısı Heydər Əliyev seçicilərin böyük əksəriyyətinin (76,11 faiz) etimadını qazanaraq ikinci dəfə prezident seçilib.
Ümumulikdə altı namizədin iştirak etdiyi seçkilərdə müxalifətdən Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov (14 faiz) ikinci yeri tutmuşdu.
Əlavə bax:
http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1998.htm
* * *
1999 – Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu (Naxçıxan Muxtar Respublikası) ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib.
Bu, Azərbaycan və Ermənistan prezidentlərinin iki ölkənin sərhədində baş tutan ilk görüşü idi.
Həmin gün, eyni zamanda, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin də görüşü olub və tərəflər atəşkəs rejimini möhkəmləndirmək barədə razılığa gəliblər.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2002/avgust/185/xeber.html
http://www.azerbaycanli.org/az/page308.html
* * *
2007 – Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdə beynəlxalq enerji sammitində iştirak edib.
2007-ci ilin mayında Krakovda keçirilən sammitin davamı olan toplantıda Azərbaycan, Litva, Gürcüstan, Ukrayna, Latviya və Polşa prezidentləri Xəzər-Qara dəniz-Baltik dənizi enerji dəhlizinin yaradılması, Odessa-Brodı neft kəməri və «Nabucco» qaz kəməri (Mərkəzi Asiya qazının Azərbaycan ühzərindən Avropaya nəqli) layihələrinin dəstəklənməsi barədə bəyannamə qəbul ediblər.
Əlavə bax:
http://www.azadliq.org/content/article/415843.html
http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=aview&id=21060
http://213.172.74.36/articles.php?article_id=20070514121737701&page=00&lang=az
* * *
Bax:
►10 oktyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
11 oktyabr 1885 - Fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub.
11 oktyabr 1894 - Rus yazıçısı Boris Pilnyak (1894-1938) anadan olub.
11 oktyabr 1900 - Gürcü aktyoru, rejissor, SSRİ-nin Xalq artisti Dodo Antadze (1900-1971) anadan olub.
11 oktyabr 1919 - Məşhur amerikalı caz musiqiçisi Art Bleyki (Art Blakey - Abdullah Ibn Buhaina, 1919-1990) anadan olub.
11 oktyabr 1940 - Rusiya kinorejissoru Eldor Urazbayev anadan olub.
11 oktyabr 1942 - Məşhur hind aktyoru Amitabx Baççan (Amitabh Bachchan) anadan olub.