ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 10

Tarixdə bu gün: Azərbaycan

Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 10 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

10 oktyabr

 

1812 – Birinci Rusiya-İran müharibəsinin (1894-1813) yekunlına əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib.

Rusiya qoşunları döyüşdə qalib gəliblər. Bu döyüşdən sonra ruslar Talış xanlığı ərazisinin böyük hissəsini ələ keçiriblər.

Həmin ilin dekabrında Rusiya qoşunları Talış xanlığının işğalını başa çatdırdılar və Şimali Azərbaycan faktiki olaraq (Naxçıvan və İrəvan xanlıqlarından savayı) rusların nəzarətinə keçdi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Asland%C3%BCz_d%C3%B6y%C3%BC%C5%9F%C3%BC

http://azerbaycanli.org/az/page42.html

http://www.azararan.ir/az/index.php?option=com_content&task=view&id=45&Itemid=18

 * * *  

1911 - Görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub. 

* * *

1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Məmmədəli oğlu Abbasov (Həmid Abbas, 1935 - 19.11.1999) anadan olub. 

* * *

1935 - Şair, dramaturq Şəkər Mirzə oğlu Aslanov (Şəkər Aslan) (1935 - 13.07.1995) Lənkəran rayonunda anadan olub.

* * *

1939 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva (1939-1992) anadan olmuşdur.

Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının tədqiqatçısı və ərəb dili üzrə ilk qadın elmlər doktoru olmaqla müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açıb.

Əlavə bax:

http://azerbaycanli.org/az/page388.html

http://bsu.edu.az/az/content/aida_manquliyeva

http://az.trend.az/news/official/chronicle/1556786.html

 * * *

1993 – Azərbaycan prezidenti Heydər Əliyevin təntənəli inauqurasiya - andiçmə mərasimi keçirilib.

1993-cü il oktyabrın 3-də keçirilmiş seçkilərdə seçicilərin mütləq əksəriyyəti (98,8) Heydər Əliyevə səs vermişdi.

"Respublika" sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilən mərasimdə ölkə ictimaiyyətinin, siyasi partiyaların nümayəndələri, Bakıda akkreditə olunmuş xarici diplomatlar iştirak ediblər.

Əlavə bax:

http://www.heydar-aliyev-foundation.org/index_a.jsp?mod=9

http://www.heydar-aliyev.org/index_az.jsp

http://azerbaycanli.org/az/page54.html

 * * *

1994 – Azərbaycan Respublikası ilə Küveyt dövləti arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=115&Itemid=43

 * * *

1997 – Strasburqda Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında görüş keçirilib.

Görüşdən sonra prezidentlər birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT Minsk qrupu həmsədrlərinin hazırladıqları “mərhələli həll”  planını qəbulu etdiklərini bildiriblər.

Bundan dərhl sonra Ermənistanda Ter-Petrosyan əleyhinə çıxışlar başladı və o, 1998-ci əvvəlində istefa verməyə məcbur oldu.

Əlavə bax:

http://www.mediaforum.az/articles.php?article_id=20081110123123704&page=02&lang=az

http://www.azadliq.org/content/article/265329.html

http://azerbaycanli.org/az/page110.html

 * * *  

Bax:

►10 oktyabr

 * * *  

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

10 oktyabr 1684 - Fransız impressionist rəssamı Jan Antuan Vatto (Jean Antoine Watteau, 1684-1721) anadan olub. 

10 oktyabr 1813 - Görkəmli İtaliya bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi, 1813-27.01. 1901) anadan olub. «Riqoletto», «Traviata», «Aida» dünya musiqi xəzinəsinə daxildir. 

10 oktyabr 1834 - Finlandiya yazıçı-dramaturqu, müasir fin ədəbi dilinin banisi Aleksis Kivi (Stenval) (1834-1872) anadan olub.

10 oktyabr 1892 - Xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. 

10 oktyabr 1909 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Bruno Freyndlix (1909-2002) anadan olub. 

10 oktyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simonun (Claude Simon, 1913-2005) doğum günüdür. 

10 oktyabr 1917 - Amerika bəstəkarı və pianoçusu, müasir cazın yaradıcılarından biri Telonius Monk (Thelonious Sphere Monk, 1917-1982) anadan olub. 

10 oktyabr 1930 - İngilis dramaturqu, aktyor, rejissor, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinterin (Harold Pinter) doğum günüdür. 

10 oktyabr 1930 - Məşhur gürcü opera müğənnisi, SSRİ-nin Xalq artisti Medeya Amiranaşvili anadan olub. 

10 oktyabr 1947 - Fransız aktyoru, rejissor və ssenarist Fransis Perren (Francis Perrin) anadan olub.

10 oktyabr 1963 - Məşhur Türkiyə kinoaktrisası, müğənni, teleaparıcı Hülya Avşarın doğum günüdür



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009