Bizim təqvim > Oktyabr > 9
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 9 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
9 oktyabr
1991 – Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikanın milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib.
Ermənistanda nizami ordu hələ 1991-ci ilin əvvəlində yaradılsa da, Azərbaycan rəhbərliyi ordu quruculuğuna başlamağa tələsmirdi və uzun çək-çevirdən sonra yalnız bu qanunun qəbulu mümkün olmuşdu.
1998-ci ilədək 9 oktyabr Azərbaycanda Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il prezident Heydər Əliyevin imzaladığı fərmanla tarixi ədalət bərpa edildi və Silahlı Qüvvələr günü kimi Azərbaycan Xalq Cümhuriyəti ordusunun yaranma tarixi (26 iyun 1918-ci il) qeyd olunmağa başlandı.
Əlavə bax:
http://az.apa.az/xeber_Musteqil_Azerbaycanin_Silahli_Quvvelerinin__165614.html
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Demokratik_Respublikas%C4%B1n%C4%B1n_milli_ordusu
* * *
1992 – Bakının «Azadlıq» meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.
Paradda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri, o cümlədən Qarabağda Ermənistan işğalçı qüvvələrinə qarşı bir sıra uğurlu əməliyyatlar keçirmiş ordu hissələri iştirak edib.
* * *
1997 – Strasburqda Avropa Şurasının zirvə toplantısı (9-10 oktyabr) çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib.
Görüşdə regional təhlükəsizlik və əməkdaşlıq sahəsində yeni məşvərətçi formatın - GUAM qrupunun yaradılması qərara alınıb. Bununla bağlı dörd ölkənin adından birgə bəyanat qəbul olunub.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2002/may/108/eks.html
http://library.aliyev-heritage.org/az/3417868.html
* * *
2009 – Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əlibala Hacızadə vəfat edib.
Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdu.
Ə. Hacızadə Azərbaycan ədəbiyyatında “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və digər populyar əsərlərin müəllifi kimi yadda qalıb.
Əlavə bax:
http://azerbaycanli.org/az/news-389.html
* * *
Bax:
►8 oktyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
9 oktyabr Dünya poçt günüdür (World Post Day). 1969-cu ildə Dünya Poçt İttifaqı tərəfindən təsis olunub. BMT-nin rəsmi beynəlxalq günlər siyahısına daxildir.
9 oktyabr 1835 - Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens, 1835-1921) anadan olub.
9 oktyabr 1874 - Məşhur rus rəssamı, filosof və arxeoloq Nikolay Rerix (1874-1947) anadan olub.
9 oktyabr 1908 - Fransız komediya aktyoru, kinorejissor, «Oskar» laureatı Jak Tati (Jacques Tati, 1908-1982) anadan olub.
9 oktyabr 1926 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Yevgeni Evstiqneyevin (1926-1992) doğum günüdür.
9 oktyabr 1940 - Rus-sovet aktyoru Valeri Nosik (1940-1995) anadan olub.
9 oktyabr 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.
9 oktyabr 1956 - Rus aktrisası Marina Dyujeva anadan olub.