Bizim təqvim > Oktyabr > 8
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 8 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
8 oktyabr
1821 – Rusiya çarı I Aleksandr Cənubi Qafqazda güzəştli ticarət tarifinin tətbiq edilməsi barədə fərman verib.
Fərmana əsasən, bölgəyə gətirilən xarici malların yarısı (50 faizi) gömrük rüsumundan azad olunub.
Cənubi Qafqazın böyük hissəsini (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) ələ keçirmiş çar Rusiyası bu qərarla ərazidə xarici ticarət (tranzit) imkanlarını genişləndirmək, əcnəbi tacirlərin böləyə gəlişini təşviq etmək məqsədi güdürdü.
Əlavə bax:
http://azerbaycanli.org/az/page42.html
* * *
1991 – Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb.
Ölkə ictimaiyyətinin və müxalifət qüvvələrinin tələbindən sonra çağrılan sessiyanın gündəliyinə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi barədə məsələ salınmışdı.
Sessiya gedişində qızğın müzakirələrdən sonra Konstitusiyaya dəyişikliklər deyil, müstəqillik haqqında ayrıca Konstitusiya qanununun (Konstitusiya Aktı) qəbul edilməsi qərara alındı.
Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı oktyabrın 18-də qəbul edildi.
Əlavə bax:
http://www.azerbaijan.az/_History/_HistDoc/Documents/document_09_a.html
* * *
1993 – Moskvada Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət başçıları Boris Yeltsin, Heydər Əliyev, Levon Ter-Petrosyan və Eduard Şevardnadze arasında görüş keçirilib.
Dövlət başçıları Qafqazdakı vəziyyəti müzakirə ediblər. Bu, "Qafqaz dördlüyü" formatında keçirilən ilk görüş idi.
Əlavə bax:
http://library.aliyev-heritage.org/print.php?lang=az&page=1618068
http://dialoq.azersayt.com/blog.html?page=comments&member=mistratem&newsid=33376
* * *
Bax:
►7 oktyabr
* * *