Bizim təqvim > Oktyabr > 7
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
7 oktyabr
1369 – Böyük Azərbaycan şairi, filosof-mütəfəkkir Seyid Əli İmaddədin Nəsimi (1369-1417) Şamaxıda anadan olub.
Nəsmi əsərlərini əsasən Azərbaycan türkcəsində yazıb, fars və ərəb dillərində də əsərləri var. Nəsimi poeziyası Azərbaycan türkcəsində ədəbiyyatımızın inkişafına böyük təkan verib.
Nəsimi İslamda hurufilik təriqətinin ən məşhur nümayəndəsi kimi bütün Orta Şərqdə tanınıb.
Şair ömrünün son illərini Suriyada yaşayıb. 1417-ci ildə Hələb şəhərində həbs olunub, "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilib və orada dəfn olunub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C4%B0mad%C9%99ddin_N%C9%99simi
http://www.azeroo.com/text_detail/664/12/%C4%B0mad%C9%99ddin_N%C9%99simi.htm
* * *
1992 – Laçın-Şuşa istiqaməğtində hərbi əməliyyat keçirən Azərbaycan ordu hissələri məğlubiyyətə uğrayıblar.
Bu məğlubiyyətə rəğmən əməliyyata rəhbərlik edən korpus komandiri Surət Hüseynov prezident Əbülfəz Elçibəyin fərmanı ilə «Azərbaycanın Milli Qəhrəmanı» adı ilə təltif olunub.
S.Hüseynov əməliyyat nəticəsində Laçının azad olunacağını vəd etmişdi və onun təltif olunması barədə fərman da öncədən (?) imzalanmışdı.
* * *
1992 – Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyü məsələsi müzakirə olunub. Gərgin müzakirələr sonrası Milli Məclis səs çoxluğu ilə Azərbaycanın MDB-yə daxil olmasının əleyhinə səs verib.
Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil oldu.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2001/new_dek/400/eks.html#1
http://az.wikipedia.org/wiki/M%C3%BCst%C9%99qil_D%C3%B6vl%C9%99tl%C9%99r_Birliyi
* * *
1994 – Prezident Heydər Əliyev fərmanı ilə Surət Hüseynov Azərbaycan Respublikasının baş naziri vəzifəsindən azad edilib, baş nazirin müavini Fuad Quliyev baş nazir səlahiyyətlərinin icraçısı təyin edilib.
Surət Hüseynov 1994-cü il oktyabrın 4-də Gəncədə dövlət çevrilişi cəhdində iştirakda günahlandırılaraq vəzifədən kənarlaşdırılmışdı.
Bununla bağlı prezident H.Əliyevin imzaladığı fərmanda deyilirdi: “Gəncə şəhərində silahlı qiyamın yatırılması zamanı baş nazir Surət Hüseynov nəinki fəaliyyətsizlik göstərmiş, hətta silahlı qiyam zamanı Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə tabe olmamışdır. Bütün bunlar baş nazir Surət Hüseynovun Gəncədə baş vermiş silahlı qiyam ilə bilavasitə bağlı olmasına dəlalət edir”
S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclisin üzvlüyündən də azad edilmişdi.
Daha sonra ölkəni tərk edərək Rusiyaya gedən S.Hüseynov 1996-cı ildə orada həbs edilərək Azərbaycana gətirildi. S.Hüseynov prezident İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olundu.
Əlavə bax:
http://az.timeturk.com/surt-huseynov-kimdir-2208-haberi.html
http://www.musavat.com/new/?sec=cat&cat_id=19&news_id=54496
http://www.adam.az/az.php?subaction=showfull&id=1252919056&archive=&start_from=&ucat=28,31,44&go=headlines&category=44
http://library.aliyev-heritage.org/print.php?lang=az&page=5000604
* * *

2002 – Moldovanın paytaxtı Kişinyovda keçirilən MDB sammiti gedişində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryanın növbəti görüşü olub.
Görüşü ümumən müsbət qiymətləndirən prezidentlər, bununla belə, kompromis razılaşma və ya konkret nəticədən danışmağın hələ mümkünsüz olduğunu bildiriblər.
Əlavə bax:
http://azerbaycanli.org/az/page110.html
Bax:
►6 oktyabr
* * *