ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 6

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 6 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

6 oktyabr

 

1923 – Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Stepanakert (Bakı komissarı, daşnak-bolşevik Stepan Şaumyanın xatirəsinə) adlandırılması barədə qərar qəbul edib.

XVIII əsrin ortalarında Qarabağ xanları tərəfindən əsası qoyulan Xankəndi bölgənin çar Rusiyası tərəfindən işğalından sonra da öz tarixi adını saxlamışdı və Şuşa qəzasının tərkibinə daxil idi.

1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bundan cəmisi üç ay sonra Xankəndinin adının dəyişdirilməsi əslində bölgənin erməniləşdirilməsinin başlanğıcı idi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Xank%C9%99ndi

http://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B5%D0%BF%D0%B0%D0%BD%D0%B0%D0%BA%D0%B5%D1%80%D1%82

http://azerbaycanli.org/az/page156.html

http://azerbaycanli.org/az/page157.html

http://azerbaycanli.org/az/page252.html

 * * *

1998 – Bakıda Azərbaycan Milli Bankının yeni binası istifadəyə verilib.

Bu, Azərbaycan müstəqillik əldə edəndən sonra paytaxtda yeni arxitektura üslubunda inşa edilən ən böyük dövlət idarəsi binası idi.

Əlavə bax:

http://library.aliyev-heritage.org/az/4079236.html

http://www.nba.az/default.aspx?go=120

http://www.azerbaijan.az/_StatePower/_CommitteeConcern/committeeConcern_05_a.html

 * * *

2006 – Azərbaycanda bir sıra bələdiyyələrə əlavə və yeni seçkilər keçirilib.

2004-cü il 17 dekabr bələdiyyə seçkilərindən sonra ölkədə yeni bələdiyyələrin (yaşayış məntəqələrinin) yaranması, yerlərdə ərazi-inzibati bölgüsündə aparılan dəyişikliklər və s. əlavə seçkiləri zəruri etmişdi.

Respublika üzrə 600-dək bələdiyyəyə (ümumilikdə ölkədə 2700-dən çox bələdiyyə var) keçirilən seçkilərdə yerlərin əksəriyyətini hakim Yeni Azərbaycan Partiyasının təmsilççiləri qazanıb.

Əlavə bax:

http://az.trend.az/news/important/top/825510.html#

http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=aview&id=476

 * * *  

Bax:

►5 oktyabr

* * *



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009