Bizim təqvim > Oktyabr > 5
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 5 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
5 oktyabr
1901 – Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb.
Məktəb tanınmış maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfidən inşa edilmişdi.
Bu, Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.
Əlavə bax:
http://bizimaile.az/04sayi/30.html
http://www.bp.com/genericarticle.do?categoryId=9012064&contentId=7049520
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=1784
* * *
1918 – Xalq Cümhuriyyətinin hökuməti bolşeviklərin («Bakı Soveti») neft sənayesinin milliləşdirilməsi barədə qərarını ləğv edərək bu sahənin yenidən özəl sektora qaytarılması barədə qərar verib.
Hökumətin dekretinə əsasən, neft mədənləri, zavodlar, neft daşıyan gəmilər əvvəlki sahiblərinə qaytarıldı.
Bakıdakı qısamüddətli bolşevik hökuməti dövründə ölkədən getməyə hazırlaşan xarici şirkətlər yenidən fəaliyyətlərini genişləndirdilər.
Əlavə bax:
http://www.mediaforum.az/print.php?lang=az&article_id=20090915070007453&page=05
http://www.azerbaijan.az/_Economy/_OilStrategy/oilStrategy_02_a.html
http://azerbaycanli.org/az/page42.html
* * *
1928 - Ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlu (1928- 1973) anadan olub.
* * *
1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olub.
"Ağlar və qaralar" baletinin, simfoniyaların, digər musiqi əsərlərinin, populyar mahnıların müəllifidir. 30-dan artıq kinofilmə, çoxlu teatr tamaşalarına musiqi yazıb.
* * *
1938 - M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun "Vaqif dramının ilk tamaşası olub.
* * *
5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür.
1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.
Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda «Müəllimlərin peşə bayramı» kimi qeyd edilir.
* * *
1994 – Bakının "Azadlıq" meydanında ölkənin müxtəlif yerlərindən gəlmiş yüz minlərlə insanın iştirakı ilə ümumxalq mitinqi keçirilib.
Mitinq iştirakçıları dövlət çevrilişinə cəhdinin qarşısını qətiyyətlə almış prezident Heydər Əliyevə dəstək və etimadını bildirib.
Mitinqdə çıxış edən Heydər Əliyev dövlətçiliyin müdafiəsinə qalxdığına görə Azərbaycan xalqına təşəkkür edib.
Həmin gün prezident Heydər Əliyevin fərmanı ilə 3-4 oktyabrda dövlət çevrilişi cəhdinin qarışısının alınmasında fədakarlıq və bacarıq göstərmiş hərbi komandirlər - Rövşən Əkbərov, Natiq Məmmədov və Elnur Nuriyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər. Bir qrup hərbi qulluqçu "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2002/oktyabr/228/eks.html#1
http://www.aztv.az/xbdx/x-1.asp?id=5027&il=3000
* * *
2002 - Azərbaycan Milli Televiziya və Radio Şurası yaradılıb.
* * *
Bax:
►4 oktyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
5 oktyabr 1713 - Böyük fransız mütəfəkkiri və maarifçisi Deni Didro (1713-1784) anadan olub.
5 oktyabr 1864 - Kinematoqrafı kəşf etmiş fransız Lümer qardaşlarından Lui Jan Lümer (1864-1948) anadan olub.
5 oktyabr 1936 - Məşhur çex yazıçısı və dramaturqu, dövlət xadimi, Çexoslovakiyanın sonuncu (1989-1992), Çexiyanın ilk prezidenti olmuş Vaslav Havelin (Vaclav Havel) doğum günüdür.
5 oktyabr 1943 - Rus aktrisası İnna Çurikova anadan olub.
5 oktyabr 1975 - Amerika kinoaktrisası Keyt Uinsletin doğum günüdür.