ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 4

Tarixdə bu gün: Azərbaycan

Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 4 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

4 oktyabr

           

1895 – Məşhur sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge (1895-1944) Bakıda, alman kolonistlərinin ailəsində anadan olub.

SSRİ ilə Almaniya arasında müharibə (1941-1945) öncəsi ən məxfi məlumatları, o cümlədən almanların SSRİ-yə hücum tarixi (22 iyun) barədə dəqiq informasiyanı Sovet İttifaqı rəhbərliyinə ötürüb.

Zorge 1941-ci ildə Yaponiyada həbs olunub, 1944-cü ildə (bəzi mənbələrə görə, noyabrın 7-də) öldürülüb.

Əlavə bax:

http://www.adam.az/az.php?subaction=showfull&id=1214766131&archive=&start_from=&ucat=24,58&go=headlines&category=58

http://xariciedebiyyat.azeriblog.com/2009/05/16/meherrem-zulfuqarli-rixard-zorge-efsanevi-keshfiyyatchi-analitik-yoxsa-casus

http://www.aztv.az/xbdx/x-1.asp?id=7981&il=2005

 * * *

1923 - Məşhur sovet aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda anadan olub.

Bakı Teatr Məktəbində təhsil alıb, S.Vurğun adına Rus Dram Teatrında çalışıb.

Sovet filmlərində F.Dzerjinskinin obrazını canlandırıb. “Qatır Məmməd” (Skott), “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib. 

* * *

1975 - Aktrisa Vəfa Zeynalovanın doğum günüdür.

* * *

1991 – Erməni silahlı dəstələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni və Hadrut rayonlarında (indiki Xocavənd rayonunun ərazisi) azərbaycanlı yaşayış məntəqələrinə kütləvi hücumlara başlayıblar.

Halbuki bundan az öncə Ermənistan rəhbərliyi Azərbaycan rəhbərliyi ilə münaqişənin sülh yolu ilə nizamlanmasına dair razılığa (23 sentyabr, Jeleznovodsk) gəlmişdi.

Erməni qüvvələrinin iki aya yaxın sürən silahlı basqınları nəticəsində 30-dan çox yaşayış məntəqəsində azərbaycanlı əhalinin etnik təmizlənməsi həyata keçirildi. Regionda əhalinin təhlükəsizliyinə cavabdeh olan SSRİ Daxili Qoşunlarının bölmələri isə baş verənlərə seyrçi idi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Qaraba%C4%9F_m%C3%BCharib%C9%99si

http://bizimasr.media-az.com/arxiv_2002/sentyabr/201/eks.html

 * * *

1994 – Bakıda və Gəncədə dövlət çevrilişinə cəhd olub.

Çevrilişə hazırlıq olaraq oktyabrın 3-nə keçən gecə DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbəri Rövşən Cavadov və qardaşı, Bakının Xətai rayonunun prokuroru Mahir Cavadov silahlı dəstə ilə Respublika Prokurorluğuna basqın etmişdilər.

Oktyabrın 4-dəı proseslərin əsas idarəçisi olan baş nazir Surət Hüsenyovun göstərişi ilə silahlı dəstələr Gəncədə hakimiyyəti devirməyə cəhd etmişdilər.

Həmin kritik vaxtda prezident Heydər Əliyevin tədbirli siyasəti və qətiyyəti sayəsində bu cəhdin qarşısı alındı, Gəncədə silahlı çevriliş etmək istəyən qüvvələr zərərsizləşdirildi. Oktyabrın 4-ü gecə Heydər Əliyevin çağırışı ilə Bakıda Prezident Aparatının binası önünə toplanan on minlərlə insan dövlət başçısına dəstək verdi.

Əlavə bax:

http://www.aztv.az/xbdx/x-1.asp?id=5027&il=3000

http://az.wikipedia.org/wiki/Sur%C9%99t_H%C3%BCseynov

http://azerbaycanli.org/az/page52.html

 * * *  

2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Quliyev (7.11.1917-2000) vəfat edib.

Çoxsaylı populyar mahnıların, film və tamaşalara yazılmış musiqi əsərlərinin müəllifidir.

Əlavə bax:

http://azerbaycanli.org/az/page454.html

http://az.wikipedia.org/wiki/Tofiq_Quliyev

http://tofiqquliyev.musigi-dunya.az/

* * *

Bax:

►3 oktyabr

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

4 oktyabr 1582 - Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanda yeni təqvimə keçid 1918-ci ildə baş verib. 

4 oktyabr 1720 - İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi, 1720-1778) anadan olub. 

4 oktyabr 1814 - Fransız rəssamı Jan Mille (Jean-François Millet, 1814-1875) anadan olub. 

4 oktyabr 1816 - Fransız şairi, «İnternasional» himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier, 1816-1887) anadan olub. 

4 oktyabr 1847 - Fransız yazıçısı Lui Anri Bussenarın (Louis Henri Boussenard, 1847-1910) doğum günüdür. 

4 oktyabr 1946 - Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub. 

4 oktyabr 1976 - Amerika kinoaktrisası Alisiya Silverstoun (Alicia Silverstone) anadan olub.

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009