Vətənimiz Azərbaycan > Cəmiyyət > Elm, təhsil, səhiyyə
Azərbaycanda ictimai elmlər sahəsində vəziyyət necədir?
Ramiz Mehdiyev: “Müdafiə şuraları səviyyəsiz araşdırmalara, elmdən uzaq adamlara elmi adların verilməsinə göz yumurlar”
-23.11.2009-
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə ölkədə humanitar elmlərlə məşğul olan alim, müəllim, elm və təhsil ocaqlarının rəhbərləri, təhsil naziri, Milli Elmlər Akademiyası prezidentinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətlə bağlı məsələ müzakirə olunmuşdur.
Prezident İlham Əliyevin ictimai elmlər sahəsində yaranmış vəziyyətdən narahatlığını diqqətə çatdıran Ramiz Mehdiyev demişdir: “İlk növbədə qeyd etmək istərdim ki, bizim toplantı cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında keçirilir. Prezident hesab edir ki, müzakirə üçün çoxlu problemlər yığılıb qalıb. Onlar haqqında ətraflı söhbətə ehtiyac vardır”. >>>
(19 iyun 2009-cu il tarixdə qəbul olunub, 7 sentyabr 2009-cu il tarixdə qüvvəyə minib)
Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayır.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət sahəsidir.
Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlхalq kоnvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya оlunaraq inkişaf edir.
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır.
Akademiya Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir və istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir.
Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılmışdır. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir.
Hazırda Azərbaycan Milli Elmlər Akdemiyasında 10300-dən yuxarı əməkdaş, o cümlədən 5500-ə yaxın elmi işçi, 500-ə yaxın elmlər doktoru, 2000-dən yuxarı elmlər namizədi çalışır. Akademiyanın 60-dan çox həqiqi və 100-dən çox müxbir üzvü var. >>>
* * *
Səhiyyə sisteminin inkişafı
70 ildən artıq bir müddətdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması birbaşa inzibatçılıqla həyata keçirilmişdir, iqtisadi tənzimləyicilər isə əslində olmamışdır.
Səhiyyə sisteminin maliyyələşdirilməsi kəmiyyət göstəricilərinə, ilk növbədə çarpayı fonduna, digər subyektiv göstəricilərə əsaslanırdı.
Tibb müəssisələri, xüsusən də müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələr vahid ümumittifaq normativlərinə əsaslanır, respublikanın, onun bölgələrinin, hər bir inzibati ərazinin spesifik xüsusiyyətləri, onların faktik infrastrukturu, ətraf mühitin, sanitariya abadlığının vəziyyəti və s. nəzərə alınmırdı. >>>
* * *
Veteran ruhən qocalmır
Elə adamlar var ki, onların həyat əqidəsi sadə insan anlayışında əsaslanır: vəzifə adamı zinətləndirmir, amma insan öz əməyi, bacarığı, təmizliyi, başqalarına qarşı xoş münasibətilə özü haqqında məlumat verir. Həyat bu prinsipin düzğünlüyünü, onun ibrətəmizliyini, ədalətliyini göstərir…
Həyatın qırx ildən artığını insanların sağlamlığının qorunmasına sırf edən Zülfəli Novruz oğlu Hüseynov məhz bu prinsipə sadiqdir. Yox, Zülfəli müəllim ixtisasca həkim deyil, lakin onun bir neçə onilliklər çalışdığı təşkilat, həmçinin Azərbaycan taunəleyhinə stansiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sisteminə aiddir.
Zülfəli Hüseynov Gədəbəy rayonunun Qızıltorpaq kəndinin Binə adlanan ərazisində 20 aprel 1933-cü il tarixdə anadan olmuşdur. Zülfəli Hüseynovda, ümumiyyətlə, tibbə maraq erkən yaşlarından oyanmışdır. O, uzaq 1949-1950-ci tədris illərində 2 nömrəli Bakı Tibb Məktəbinin kandarını qorxa-qorxa keçmiş, sənədlərini qəbul şöbəsinə vermişdir. >>>