ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 3

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 3 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

3 oktyabr

 

1806 – Birinci Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Bakını işğal ediblər.

Rusiya qoşunları hələ 1806-cı ilin fevralında Bakını mühasirəyə almışdı. O zaman general Pavel Sisianov şəhərin təslim edilməsi ilə bağlı Bakı hakimi Hüseyqulu xanla danışıqlar aparan zaman öldürülmüş və bundan sonra ruslar geri dönmüşdü.

Yeni hücumla Bakını ələ keçirən rus qoşunları şəhərdə böyük qırğın və talan törətmişdi. İşğaldan sonra Bakı xanlığı ləğv olundu və xanlığın ərazisində Rusiyanın Qafqaz hakimliyin Bakı dairəsi yaradıldı.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Bak%C4%B1_xanl%C4%B1%C4%9F%C4%B1

http://www.azerbaycanli.org/az/page62.html

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=3564

 * * *

1875 – Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939) anadan olub.

Yazıçının «Qorxulu nağıllar» adı altından toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/S%C3%BCleyman_Sani_Axundov

http://www.azeri.kataloq.net/v2/shexsler/S%C3%BCleyman-Sani-Axundov-98

 * * *

1921 – Tanınmış tibb alimi, professor Tamerlan Əliyev (1921-1997) anadan olmuşdur.

Əlavə bax:

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=7060

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=4984

http://shahtaxti.azeriblog.com/2009/09/05/wwwshahtaxticom

 * * *

1993 – Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

1993-cü il iyunun 24-də Milli Məclis tərəfindən Əbülfəz Elçibəyin prezident səlahiyyətlərindən mərhum edilməsindən və həmin il avqustun 29-da bununla bağlı ümumxalq referendumu keçirilməsindən sonra növbədənkənar prezident seçkiləri elan edilmişdi.

Seçkilərin rəsmi nəticələrinə görə, səsvermədə iştirak etmiş seçicilərin 98,8 faizi Heydər Əliyevin lehinə səs vermişdi.

Əlavə bax:

http://www.heydar-aliyev-foundation.org/jsp/articles/Articles_az.jsp?lang=az&priority=1&catalog=102

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=4961

 * * *  

Bax:

►2 oktyabr

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

3 oktyabr 1814 - Böyük rus şairi, yazıçı və dramaturq Mixail Yuryeviç Lermontovun (3(15).10.1814, Moskva - 15(27).7.1841, Pyatiqorsk) doğum günüdür. 

3 oktyabr 1867 - Fransız impressionist rəssamı Pyer Bonner (Pierre Bonnard, 1867-1947) anadan olub. 

3 oktyabr 1873 - Rus yazıçısı Vyaçeslav Şişkovun (1873-1945) doğum günüdür. 

3 oktyabr 1895 - Rus-sovet şairi Sergey Yesenin (1895-27.12.1925) anadan olub. 1924-cü ildə Bakıda yaşayıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var. 

3 oktyabr 1897 - Fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (Louis Aragon - Louis-Marie Andrieux, 1897-1982) anadan olub. 

3 oktyabr 1900 - Amerika yazıçısı Tomas Vulf (Thomas Clayton Wolfe, 1900-1938) anadan olub. 

3 oktyabr 1919 - Məşhur Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis, 1919-1997) anadan olub. 

3 oktyabr 1973 - Kanada aktrisası Niv Kempellin (Neve Adrianne Campbell) doğum günüdür.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009