ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 2

Tarixdə bu gün: Azərbaycan

Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 2 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

2 oktyabr

 

1927 – SSRİ ilə İran arasında “Qarşılıqlı təminatlar və neytrallıq haqqında” saziş imzalanıb.

Sazişdə iki ölkənin Xəzərdəki sərhədi Astara (Azərbaycan) - Həsənqulu (Türkmənistan) xətti üzrə müəyyənləşib. Bundan öncə eyni sərhəd xətti 1921-ci ildə imzalanmış müqavilədə əksini tapmışdı.

Tərəflər yeni sazişdə bir-birinə qarşı siyasi və iqtisadi blokadada iştirak etmək barədə öhdəlik də götürüblər.

Əlavə bax:

http://www.azerbaijan.az/_WorldCommunity/_CaspianStatus/caspianStatus_02_a.html

http://bizimasr.media-az.com/arxiv_2001/new_iyul/306/xeber.html

http://bizimasr.media-az.com/arxiv_2001/new_av/316/eks.html

http://www.contact.com.az/preview.php?type=news&lang=en&news_id=12777

 * * *

1991 – İran hökuməti Bakıdan Naxçıvana gedən yük maşınlarının ölkə ərazisindən keçməsinə rəsmən razılıq verib.

Bakı-Naxçıvan yolunun Ermənistan tərəfindən bağlanmasından sonra Azərbaycan hökuməti nəqliyat dəhlizi ayrılması xahişi ilə İrana müraciət etmişdi.

  * * *

1992 – Ermənistan silahlı qüvvələri Xocavənd rayonunu tamamilə işğal ediblər.

Xocavənd rayonu 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının əsasında (ərazisi 1458 kv km) yaradılmışdı.

Rayon bir şəhər (Xocavənd-Martuni), iki iri qəsəbə (Qırmızıbazar və Hadrut), 83 kənddən (30-dək azərbaycanlılar yaşayan kənd) ibarətdir.

1992-ci ilin avqustunda Azərbaycan Ordusunun hissələri Xocavənd şəhərini və rayonun bir sıra kəndlərini nəzarətə götürsələr də, sonradan bu mövqeləri itirdilər.

Əlavə bax:

http://www.anspress.com/index.php?a=2&lng=az&nid=4929

http://az.wikipedia.org/wiki/Xocav%C9%99nd

http://www.dak.az/view.php?lang=az&menu=108&id=828

 * * *

1995 – Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlər yaradılıb.

1992-1993-cü illərdə Xalq Cəbhəsi hakimiyyəti dövründə Özbəkistanla münasibətlərdə soyuqluğun yaranması iki ölkənin rəsmi diplomatik əlaqələr qurmasını xeyli ləngitmişdi.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=136&Itemid=43

 * * *  

Bax:

►1 oktyabr

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

2 oktyabr 1832 - Görkəmli ingilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor, 1832-1917) anadan olub. 

2 oktyabr 1869 - Hindistanda milli-azadlıq hərəkatının rəhbəri və ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi, 1869-1948) anadan olub. 

2 oktyabr 1904 - İngilis yazıçısı Qreem Qrin (Graham Greene, 1904-1991) anadan olub. 

2 oktyabr 1914 - Məşhur sovet diktoru, SSRİ-nin Xalq artisti Yuri Levitanın (1914-1983) doğum günüdür. 

2 oktyabr 1951 - Dünya şöhrətli ingilis rok müğənnisi Stinq (Sting - Gordon Matthew Thomas Sumner) anadan olub. 

2 oktyabr 1951 - Amerika müğənnisi və aktrisası Romina Pauer (Romina Francesca Power) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009