ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 30

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 30 sentyabr hansı fakt və olaylarla yadda qalıb?

 

30 sentyabr

 

1139 – Gəncədə dəhşətli zəlzələ baş verib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub.

Zəlzələ zamanı baş verən torpaq sürüşmələri nəticəsində Kəpəz dağının ətəyində Göygöl yaranıb.

Əlavə bax:

http://www.kepeztv.az/ganja.html

http://www.csl-az.com/dnt.php&id=elave/t2.html

http://az.wikipedia.org/wiki/G%C3%B6y-g%C3%B6l

 

1920 – Moskvada Sovet Rusiyası ilə Azərbaycan Sovet Sosialist Respublikası arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə imzalanıb.

Müqavilə sovet Azərbaycanının müstəqilliyinin formal xarakter daşıdığının bariz göstəricisi idi.

Müqaviləyə əsasən, Azərbaycan hərbi məsələlərdə bütün idarəetmə səlahiyyətlərini, iqtisadiyyatda isə taleyüklü qərarların qəbulunu, o cümlədən neft sahəsinin idarə olunmasını Rusiyaya verdi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page42.html

 

1928 – Dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadə (1928-2006) anadan olub.

Azad Mirzəcanzadə neft kimyası və neftçıxarma texnologiyaları üzrə bir çox elmi yeniliklərin müəllifidir, bir sıra xarici elmi mərkəzlərə, Rusiya Təbiət Elmlər Akademiyasına fəxri üzv seçilib.

Respublika Ali Attestasiya Komissiyasının, Dövlət Elm və Texnika Komitəsinin sədri olub. 2006-cı il iyulun 17-də vəfat edib.

Əlavə bax:

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=2763

http://www.socar.az/308-news-view-az.html

http://az.wikipedia.org/wiki/Azad_Mirz%C9%99canzad%C9%99

 

1990 – Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. İlk dəfə olaraq seçkilər alternativ əsasda və çoxpartiyalıq şəraitində küçirilib.

Ali Sovetə seckilərin ilk turunda respublika üzrə 360 dairədən üçdə ikisində deputatlar seçilmişdi. Qalan dairələr üzrə təkrar seçkilər elan edildi.

Şuşa rayonu istisna olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində seçkilər baş tutmamışdı.

Seçkilərdə “Demokratik Azərbaycan” bloku üzrə iştirak edən müxalifət ümumilikdə 30 mandat əldə etdi.

Seçkilərin birinci  turunda Heydər Əliyev 340 saylı Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin, 2 saylı Naxçıvan şəhər seçki dairəsindən isə Naxçıvan MSSR-in deputatı seçilmişdi.

 

 

Bax:

29 sentyabr



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009