ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 29

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 29 sentyabr hansı fakt və olaylarla yadda qalıb?

 

29 sentyabr      

 

1991 – Prezident Ayaz Mütəllibov Azərbaycan Respublikasının Müdafiə Şurasının yaradılması barədə fərman verib.

Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir vaxtda ordu quruculuğuna real şərait yaratmayan prezident A.Müttəllibov Müdafiə Şurasında müxalifət təmsilçilərinə də yer ayırmaqla əslində siyasi məqsədlər güdürdü.

Nəticədə ordu quruculuğuna heç bir töhfə verməyən və iqtidarla müxalifətin qarşılıqlı intriqa meydanına çevrilən qurum bir neçə aydan sonra ləğv edildi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Ayaz_M%C3%BCt%C9%99llibov

 

1994 – Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə BMT Baş Assambleyasında çıxış edib.

Baş Assambleyanın 49-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxış edən prezident Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi barədə dünya birliyinə müfəssəl məlumat verərək BMT-ni bu işğalçılığı dayandırmağa çağırıb.

Əlavə bax:

http://library.aliyev-heritage.org/az/7119983.html

http://library.aliyev-heritage.org/print.php?lang=az&page=9646663

 

1994 – Bakıda parlamentin vitse-spikeri Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər.

Hadisə ilə bağlı Nyu-Yorkda bəyanat verən Heydər Əliyev terror aktının Azərbaycanın dövlətçiliyi əleyhinə yönəldiyini, lakin dövlətin bu təhdidlərdən sarsılmayacağını bildirmişdi.

Əlavə bax:

http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=aview&id=278

http://www.azadliqradiosu.az/content/article/1509496.html?spec=2

http://www.musavat.com/site/shownews.php?news_id=2433&arxiv=yes

 

2001 – Bakıda prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin görüşündə Azərbaycanla Gürcüstan arasında "Şahdəniz" qazının tranzitinə (Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi) dair saziş imzalanıb.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_sen/342/xeber.html#2

http://bizimasr.media-az.com/arxiv_2001/new_okt/345/xeber.html#1

http://library.aliyev-heritage.org/print.php?lang=az&page=9812845

 

 

Bax:

28 sentyabr

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009