Bizim təqvim > Sentyabr > 27
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 27 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
27 sentyabr
 |
 |
| Sultan Süleyman Qanuni |
Şah Təhmasib |
1534 – Sultan I Süleymanın (Qanuni) başçılıq etdiyi Osmanlı ordusunun Azərbaycan torpaqlarına birinci yürüşü olub.
Osmanlı qüvvələri ilk mərhələdə Şah Təhmasibin başçılıq etdiyi Səfəvi qoşunlarını məğlub edərək Cənubi Azərbaycanın bir hissəsini, o cümlədən Təbrizi ələ keçiriblər.
Lakin yerli əhalinin müqaviməti, eləcə də qışın sərt keçməsi və ərzaq çatışmazlığı Osmanlı qoşunlarını geri dönməyə məcbur edib.
Bunun ardınca 1535-ci ildə sultan I Süleyman Azərbaycan üzərinə ikinci yürüşə başladı. Amma bu dəfə də Osmanlı qoşunları ələ keçirdikləri ərazilərdə duruş gətirə bilməyərək geri qayıtmalı oldular.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/I_T%C9%99hmasib
http://az.wikipedia.org/wiki/Sultan_S%C3%BCleyman_Qanuni
* * *
1991 – Azərbaycanda Kommunist Partiyasının ardınca respublika kommunist gənclər təşkilatının - komsomolun fəaliyytinə də xitam verilib.
Ümumittifaq Kommunist Gənclər İttifaqının Moskvada keçirilmiş 22-ci fövqəladə qurultayda özünü buraxması barədə qərar qəbul etməsindən sonra bütün müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda komsomol təşkilatları ləğv olunub.
* * *
1994 – BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan prezident Heydər Əliyev ABŞ prezidenti Bill Klintonla görüşüb. Bill Klinton "Əsrin müqaviləsi"nin imzalanması münasibətilə Azərbaycan prezidentini təbrik edib.
Azərbaycan rəhbəri ilk dəfə olaraq Amerika rəhbərilə Qarabağ problemini müzakirə edib, Ermənistanın təcavüzü barədə müfəssəl məlumat verib.
Həmin gün Nyu-Yorkda ABŞ-ın BMT-dəki nümayəndəliyinin başçısı Madlen Olbraytın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş olub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=80&Itemid=43
* * *
Bax:
►26 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
27 sentyabr 1871 - İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871-1936) anadan olub.
27 sentyabr 1972 - Amerika kinoaktrisası, «Oskar» laureatı Qvinet Peltrou (Gwyneth Kate Paltrow) anadan olub.
27 sentyabr 1978 - Məşhur Ukrayna estrada müğənnisi Ani Lorak anadan olub.