ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 26

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 26 sentyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

26 sentyabr

 

1918 – Azərbaycanın bütün ərazisində Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olunması üçün hərbi əməliyyatları davam etdirən Nura paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə endirib.

Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb.

Lakin tezliklə Osmanlının I Dünya müharibəsindəki məğlubiyyəti səbəbilə türk hərbi kontingenti Azərbaycanı tərk etməli oldu və bu zəfər yürüşü də yarımçıq qaldı.

Əlavə bax:

http://karabakh-doc.azerall.info/ru/isegod/isg030az-3.php#z2_7

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Demokratik_Respublikas%C4%B1n%C4%B1n_milli_ordusu

 * * *

1950 - Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşovun doğum günüdür.

Əlavə bax:

http://medeniyyet.az/site/?name=content&content=6950

* * *

1961 - Böyük müğənni, SSRİ-nin Xalq artisti Bülbül (Murtuza Məmmədov, 22.6.1897 - 1961) vəfat edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/B%C3%BClb%C3%BCl_(m%C3%BC%C4%9F%C9%99nni)

http://karabakhblog.com/item.php?c=132&i=85 

* * *

1991 – Erməni təxribatçıları Qarabağdakı azərbaycanlı əhaliyə qarşı növbəti terror aktı törədiblər.

Yevlax-Laçın yolunda minik avtomaşının ermənilər tərəfindən partladılması nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Əlavə bax:

http://www.mns.gov.az/terroractspart7_az.html

 * * *

2002 – Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini nəzərə çatdıran ilk qətnamə qəbul olunub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin təşəbbüsü ilə Ermənistanın Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı qətnaməyə bu ölkənin Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilər haqqında bənd əlavə edilib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_sen/341/xeber.html#1

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=262&Itemid=1

 * * *

2008 – Nyu-Yorkda, BMT Baş Assambleyasının 63-cü sessiyası gedişində Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əli Babacan və Eduard Nalbandyan arasında görüş keçirilib.

Türkiyə XİN başçısının təşəbbüsü gerçəkləşən görüşdə üçtərəfli formatda müzakirələrin davam etdirilməsi qərara alınıb.

Əlavə bax:

http://www.525.az/new/2008/09/28/read=34767

http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=aview&id=41469

 * * *  

Bax:

►25 sentyabr 

 * * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

26 sentyabr 1885 - Rus rəssamı Sergey Gerasimov (1885-1964) anadan olub. 

26 sentyabr 1888 - Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Sternz Eliot (Thomas Stearns Eliot, 1888-1965) anadan olub. 

26 sentyabr 1889 - Alman filosofu, ekzistensializmin görkəmli nümayəndəsi Martin Haydegger (Martin Heidegger, 1889-26.5.1976) anadan olub. 

26 sentyabr 1923 - Rus-sovet kinorejissoru («Qaçış», «Tehran-43») Aleksandr Alov (1923-1983) anadan olub. 

26 sentyabr 1934 - Məşhur Rusiya aktyoru, SSRİ-nin Xalq artisti Oleq Basilaşvilinin doğum günüdür. 

26 sentyabr 1956 - Amerika kinoaktrisası Linda Hamilton (Linda Hamilton) anadan olub.

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009