Bizim təqvim > Sentyabr > 25
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 25 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
25 sentyabr
1890 - Folklorşünas alim Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.
* * *
1913 - Teatr rəssamı Nüsrət Fətullayev (1913-1.10.1987) anadan olub. Uzun illər Milli Dram Teatrının baş rəssamı olub.
* * *
1935 - Ədəbiyyatşünas alim Asif Qasım oğlu Əfəndiyev (Asif Ata) (1935 - 06.06.1997) anadan olub.
* * *
1946 – Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, populyar şair Nüsrət Kəsəmənli (1946-2003 ) anadan olub.
2003-cü il oktyabrın 17-də vəfat edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/N%C3%BCsr%C9%99t_K%C9%99s%C9%99m%C9%99nli
http://www.load.az/sheirler/1883-nusret-kesemenli.html
* * *
1993 – MDB dövlət başçılarının Moskvada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentəri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında ilk təkbətək danışıqlar keçirilib.
Rusiya prezidenti Boris Yeltsinin vasitəçiliyi ilə baş tutan görüşdə cəbhə xəttində atəşkəs imkanları müzakirə olunub.
Lakin erməni qüvvələri qısa fasilədən sonra, oktyabrın əvvəlində yenidən Qarabağın cənubunda – Cəbrayıl-Füzuli rayonları ərazisində işğalçılıq hücumlarını davam etdirdilər.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/1993281.html
http://library.aliyev-heritage.org/print.php?lang=az&page=4558542
http://www.musavat.com/site/shownews.php?news_id=30636&arxiv=yes
* * *
1997 – Prezident Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfərə gedib.
Səfər gedişində Azərbaycan prezidenti İtaliya rəhbərliyi ilə danışıqlar aparıb, iki ölkə arasında sazişlər imzalanıb. Azərbaycan rəhbəri Vatikanda Papa II İohann Pavellə görüşüb.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=55&Itemid=43
* * *
1998 – Bakıda Azərbaycan müəllimlərinin X qurultayı keçirilib.
* * *
1999 – Birləşmiş Ştatların dövlət katibi Madlen Olbrayt Azərbaycan prezidenti Heydər Əliyevə məktub göndərərək Dağlıq Qarabağ münaqişəsinin kompromis üçün daha cəsarətli addımlar atmağı xahiş edib.
ABŞ dövlət katibi eyni məzmunlu məktubu Ermənistan prezidenti Robert Koçaryana da göndərib.
Həmin dövrdə Ermənistan-Azərbaycan sülh danışıqlarının intensiv dövrü idi və noyabrda ATƏT-in İstanbul sammitində tərəflər arasında sülh razılaşmasının imzalanacağı gözlənilirdi.
Lakin oktyabrın 27-də Ermənistan parlamentində baş verən olaylardan (baş nazir və spikerin qətlə yetirilməsi) sonra sülh prosesi dayandı.
Əlavə bax:
http://library.aliyev-heritage.org/az/8563466.html
http://library.aliyev-heritage.org/az/9065098.html
* * *
Bax:
►24 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub.
25 sentyabr 1881 - Müasir Çin ədəbiyyatının banisi Lu Sin (1881-1936) anadan olub.
25 sentyabr 1897 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1949) laureatı Uilyam Folkner (William Cuthbert Faulkner, 1897-1962) anadan olub.
25 sentyabr 1906 - Böyük rus-sovet bəstəkarı Dmitri Şostakoviçin (1906 - 9.8.1975) doğum günüdür.
25 sentyabr 1907 - Fransız kinorejissoru Robber Bresson (Robert Bresson, 1907-1999) anadan olub.
25 sentyabr 1920 - Məşhur rus aktyoru və rejissoru Sergey Bondarçuk (1920-1994) anadan olub.
25 sentyabr 1944 - Amerika kinoulduzu, iki dəfə «Oskar» laureatı Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub.
25 sentyabr 1952 - Amerika aktyoru («Supermen» filmi) Kristofer Rev (Christopher Reeve, 1952-2004) anadan olub.
25 sentyabr 1952 - Məşhur ispan kinorejissoru, iki dəfə “Oskar” mükafatı laureatı Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub.