ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 24

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 24 sentyabr hansı fakt və olaylarla yadda qalıb?

 

24 sentyabr

 

1992 – Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalçı ordusu ilə apardığı döyüşlər nəticəsində Dağlıq Qarabağdakı böyük yaşayış məntəqələrdən biri - Xocavənd (Martuni) rayon mərkəzi azad edilib.

Lakin müharəbədəki sonrakı hərbi uğursuzluqlar nəticəsində, Qarabağdakı digər ərazilər kimi, Xocavənd də yenidən (2 oktyabr 1992) erməni silahlı qüvvələrinin nəzarətinə keçdi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Xocav%C9%99nd

http://az.trend.az/news/azerbaijan/1311199.html

 * * *

1992 – Azərbaycan Respublikası ilə İndoneziya arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=108&Itemid=43

 * * *

1993 – Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub.

Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev, Milli Məclisin ona verdiyi səlahiyyətə əsasən, ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb.

1991-ci ilin dekabrında Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibov respublikanın MDB-yə qoşulması barədə müqaviləni imzalasa da, Milli Məclis müxalifətin təzyiqi altında bu sənədi radifikasiya etməmişdi.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_dek/400/eks.html#1

http://library.aliyev-heritage.org/print.php?lang=az&page=2992811

http://az.wikipedia.org/wiki/M%C3%BCst%C9%99qil_D%C3%B6vl%C9%99tl%C9%99r_Birliyi

 * * *

1994 – Azərbaycan prezidenti Heydər Əliyev ölkədəki vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət edib.

Prezident "Əsrin müqaviləsi"nin (20 sentyabr) imzalanmasına qarşı çıxan daxili və xarici qüvvələr tərəfindən ölkədə vəziyyəti gərginləşdirmək, iğtişaşlar yaratmaq cəhdləri edildiyini, lakin bu cəhdlərin qarşısının qətiyyətlə alınacağını vurğulayıb.

Müraciətdən bir gün öncə (23 sentyabr) dövləti cinayətlərə görə həbs olunmuş keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azərbaycanın cənubunda separatçılıq cəhdlərinə rəhbərlik etmiş Ələkrəm Hümmətov və müdafiə nazirinin müavini Baba Həzərli MTN-in təcridxanasından qaçırılmışdı.

Əlavə bax:

http://www.aztv.az/xbdx/x-1.asp?id=5027&il=3000

 * * *

2003 – Azərbaycanın baş naziri İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edib.

Beynəlxalq birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qalmaqda ittiham edən İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bildirib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2003/sentyabr/215/

 * * *

 Bax:

►23 sentyabr  

 * * *

 

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü) 

24 sentyabr 1896 - Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub.

24 sentyabr 1896 - Rus əsilli fransız yazıçısı Elza Triole (Elza Yuryevna Kaqan, 1896-1970) anadan olub.

24 sentyabr 1934 - İngilis fantast-yazıçısı Con Branner (John Kilian Houston Brunner, 1934-1995) anadan olub.

24 sentyabr 1955 - Rusiya kinorejissoru («Assa», «İynə» filmləri) Aleksandr Nikolayeviç Başirovun doğum günüdür.

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009