ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 23

Tarixdə bu gün: Azərbaycan

Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır. 

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 23 sentyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

23 sentyabr

 

e.ə. 494-cü il – Tarixi mənbələrə görə, Azərbaycanın qədim şəhəri Gəncənin əsası qoyulub.

Şəhərdə aparılan arxeoloji qazıntılar zamanı tədqiqatlar belə bir fikirə gəlmişlər ki, Gəncənin ərazisində yaşayış məskəni hələ eramızdan V əsrdə mövcud olub.

Əlavə bax:

http://www.ganca.net/aze/history.html

http://az.wikipedia.org/wiki/G%C9%99nc%C9%99

http://anspress.com/index.php?lng=az&nid=3557

 * * *

1914 – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Xaspolad qızı Tutayuq (23.09.1914 - 12.11.1980) Şuşa şəhərində anadan olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Valid%C9%99_Tutayuq

http://www.interfax.az/az/index.php?option=com_content&task=view&id=25028&Itemid=9

 * * *

1928 – Tanınmış opera müğənnisi, xalq artisti Firəngiz Əhmədova anadan olub.

Əlavə bax:

http://www.anl.az/down/medeniyyet2008/oktyabr/medeniyyet2008_oktyabr_271.htm

http://az.wikipedia.org/wiki/Fir%C9%99ngiz_%C6%8Fhm%C9%99dova

http://www.adam.az/az.php?subaction=showfull&id=1250586934&archive=&start_from=&ucat=1,21,29,44&category=1

 * * *

1929 – Əməkdar incəsənət xadimi, yazıçı Əfqan Hacıağa oğlu Əsgərоv anadan оlub.

Əlavə bax:

http://www.anl.az/down/elametdar2009.pdf

 * * *

1969 – Şair, publisist Ülvi Yusif oğlu Bünyadzadə (23.09.1969-20.01.1990) anadan olmuşdur.

Ülvi Bünyadzadə Azərbaycan Dillər Universitetinin tələbəsi ikən 1990-cı ilin 20 Yanvar qırğınında həlak olub.

Əlavə bax:

http://www.medeniyyet.az/site/?name=content&content=394

http://www.lidertv.com/view_index.php?lang=az&menu=news&type=view&id=88341

 * * *

 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabir Kərim oğlu Mahmudov, 26.3.1910-1970) vəfat edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Sabit_R%C9%99hman

* * *

1989 – Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib.

Sənəddə ilk dəfə belə bir məqam əksini tapmışdı ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş hər hansı qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılacaq.

Lakin bu, daha çox bəyannamə səciyyəli sənəd idi. Analoji aktlar SSRİ-nin digər subyektləri tərəfindən də qəbul edilmişdi.

Əlavə bax:

http://www.musavat.com/site/shownews.php?news_id=56621

http://journaleast.wordpress.com/2009/09/08/dagliq-qarabag-munaqis%C9%99si-il%C9%99-bagli-t%C9%99qvim/

 * * *

1991 – Jeleznovodsk (Rusiya, Şimali Qafqaz) şəhərində Rusiya prezidenti Boris Yelsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri Ayaz Mütəllibov və Levon Ter-Petrosyan arasında görüş keçirilib.

Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak ediblər.

Görüş münaqişənin sülh yolu ilə həll olunması barədə formal bəyannamənin imzalanması ilə yekunlaşıb.

Lakin bu razılaşmadan az sonra erməni silahlı qüvvələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni hücumlara başladılar.

Əlavə bax:

http://www.azeri.khojali.com/index.php?option=com_content&view=article&id=61%3Amuenaqilrin-tarixi&catid=37%3Amuenaqilrin-tarixi&Itemid=64

http://library.aliyev-heritage.org/az/831473.html

http://www.mediaforum.az/articles.php?article_id=20081102091908986&lang=az&page=02

http://www.elibrary.az/docs/karabakh/gl1.pdf

http://az.wikipedia.org/wiki/Qaraba%C4%9F_m%C3%BCharib%C9%99si

 * * *

1992 – Azərbaycan Respublikası Vyetnam və Albaniya ilə diplomatik münasibətlər qurub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=137&Itemid=43

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=32&Itemid=43

 * * *

2002 – Prezident Heydər Əliyevin Moskvaya səfəri gedişində Rusiya ilə Azərbaycan arasında Xəzərin dibinin bölünməsinə dair saziş imzalanıb.

Prezidentlər Vladimir Putin və Heydər Əliyev tərəfindən imzalanan saziş Xəzərin sektoral bölgüsü istiqamətində mühüm hadisə idi.

Daha öncə Rusiya ilə Qazaxıstan arasında analoji sənəd imzalanmışdı.

Əlavə bax:

http://www.azerbaijan.az/portal/WorldCommunity/CaspianStatus/caspianStatus_a.html

http://www.azerbaycanli.org/az/news-109.html

http://bizimasr.media-az.com/arxiv_2003/yanvar/14/olke.html

 * * *  

Bax:

►22 sentyabr

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü) 

23 sentyabr 1901 - Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub. 

23 sentyabr 1902 - Rus kinorejissoru Nadejda Koşeverova (1902-1989) anadan olub. 

23 sentyabr 1920 - Amerika kinoaktyoru, ən uzunömürlü aktyorluq karyerasına görə (6 yaşından bugünədək filmlərə çəkilir) «Ginnesin rekordlar kitabı»na düşən Mikki Runi (Mickey Rooney) anadan olub. 

23 sentyabr 1930 - Amerika cazmeni və pianoçusu Rey Çarlzın (Raymond Charles Robinson, 1930-2004) doğum günüdür.

23 sentyabr 1938 - Məşhur aktrisa, Avstriya, Almaniya və Fransa kinosunun ulduzu Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty, 1938-1982) Vyanada anadan olub. 

23 sentyabr 1943 - İspan müğənnisi Xulio İqlesias (Julio Jose Iglesias de la Cueva) anadan olub. 

23 sentyabr 1949 - Amerika rok müğənnisi Brüs Sprinqston (Bruce Frederick Joseph Springsteen) anadan olub.

 

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009