Bizim təqvim > Sentyabr > 22
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 22 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
22 sentyabr
1918 – Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutanın - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib.
Həmin vaxtadək Azərbaycanda dövriyyədə üç valyuta - çar dövründən qalan rubl («Nikolay rublu»), Rusiyanın «Müvəqqəti Hökuməti» tərəfindən buraxılmış rubl («Kerenski rublu»), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən dövriyyəyə buraxılmış bonlar, eləcə də türk lirəsi əsas işlənilirdi.
Azərbaycan manatı daha möhkəm valyuta sayılan türk lirəsinə 20:1 nisbətdə dövriyyə buraxılmışdı.
Lakin manatın tədavülə buraxılmasından sonra digər valyutalar da dövriyyədə qaldı və bu, ölkənin maliyyə sistemində ciddi qarışıqlıq yaradırdı.
Əlavə bax:
http://www.nba.az/default.aspx?go=120
http://www.musavat.com/site/shownews.php?news_id=38687&arxiv=yes
http://www.lidertv.com/new/view.php?lang=az&type=news&menu=6&id=92545
* * *
1920 – Azərbaycanın bolşevik hökuməti (Müvəqqəti İnqilab Komitəsi) ölkə ərazisində müvəqqəti yerli hakimiyyət orqanlarının - yoxsul komitələrinin yaradılması barədə qərar qəbul edib. Bu qərar ölkədə hakimiyyətin xalqa məxsus olması illüziyasını yaratmaq niyyəti güdürdü.
Yoxsul komitələri bir ilə yaxın fəaliyyət göstərdi və 1921-ci ildə mayında I Ümumazərbaycan sovetlər qurultayından sonra yerlərdə fəhlə-kəndli sovetlərinə ilk seçkilər keçirilməyə başladı.
Əlavə bax:
http://www.azerbaijan.az/_History/_Middle/middle_05_a.html
http://www.azerbaycanli.org/az/page42.html
* * *
1929 – Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (22.09.1929 - 30.11.1997) anadan olub.
Əlavə bax:
http://www.phillaw.aznet.org/azeri/tarix/tarix.htm
* * *
1929 - Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd bəy Qaracanın (1929-16.5.2005) doğum günüdür.
Əhməd Qaracanın ailəsi 1924-cü ildə Azərbaycandan Türkiyəyə köcmüşdü.
M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərən Ə.Qaraca 1955-ci idən bu quruma rəhbərlik edib, habelə qardaş ölkədə nəşr olunan “Azərbaycan” jurnalının redaktoru olub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_Qaraca
* * *
1990 – SSRİ Ali Sovetinin Azərbaycandan seçilmiş deputatları ittifaq parlamentinə və SSRİ rəhbərliyinə müraciət qəbul edərək azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiyasına siyasi qiymət verməyi tələb ediblər.
Bu zaman Ermənistan ərazisində (1991-ci ildə köçürülən Nüvədi kəndi istisna olmaqla) azərbaycanlı əhali qalmamışdı.
Lakin Sovet İttifaqının rəhbərliyi azərbaycanlı deputatların müraciətinə laqeyd qaldı.
Əlavə bax:
http://www.gamoh.biz/habergoster.asp?id=334
http://www.human.gov.az/?sehife=etrafli&dil=az&sid=MTIyMTA2MTA4MTIzNjA2Ng==
* * *
2008 – Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib.
Əlavə bax:
http://www.mektebler.az/news/read/258
http://az.newsazerbaijan.ru/obsh/20080922/42497127.html
* * *
Bax:
►21 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
22 sentyabr 1694 - İngilis yazışısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
22 sentyabr 1875 - Litvalı rəssam və bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus (Nikolay) Çürlenis (1875-1911) anadan olub.
22 sentyabr 1893 - Görkəmli rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.
22 sentyabr 1895 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (Meşilem Meyer Vayzenfroynd) Paul Muni - Meshilem Meier Weisenfreund, 1895-1967) anadan olub.
22 sentyabr 1938 - Məşhur Amerika akytoru və müğənnisi Din Ridin (Dean Cyril Reed, 1938-13.6.1986) doğum günüdür.
22 sentyabr 1940 - Əslən danimarkalı olan Fransa aktrisası Anna Karina (Hanna Karin Blarke Bayer) anadan olub.