Bizim təqvim > Sentyabr > 20
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 20 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
20 sentyabr
1827 – Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının strateji əhəmiyyətli Sərdərabad qalasını ələ keçiriblər.
Qərbi Azərbaycanda qədim türk məskənlərindən olan Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub, 1935-ci ildə Ermənistan SSR-in Hoktemberyan (Oktyabr) rayonu adlandırılıb.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/S%C9%99rdarabad_qalas%C4%B1
http://www.anl.az/down/medeniyyet2008/aprel/medeniyyet2008_aprel_199.htm
* * *
1907 – Tanınmış riyaziyyatçı, akademik Əşrəf Hüseynov (1907-1980) Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliyinin ilk müəllifi olub.
1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.
1965-ci ildən Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru, 1970-1980-ci illərdə Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik katibi olub.
Əlavə bax:
http://www.science.az/ru/?id=1458
http://az.wikipedia.org/wiki/%C6%8F%C5%9Fr%C9%99f_H%C3%BCseynov
http://mechmath.bsu.edu.az/az/content/akademik_rf_sgndr_olu_hseynov__681
* * *
1918 – Türkmənistanın Xəzər sahilindəki Krasnovodsk (indiki Türkmənbaşı) şəhəri yaxınlığındakı Ağcaqum çölündə "26 Bakı komissarları" güllələnib.
Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası” süqut edəndən (31 iyul) sonra onun üzvləri “Sentrokaspi” hökuməti tərəfindən həbs edilmiş, Qafqaz İslam Ordusunun şəhərə hücumu zamanı isə Krasnovodska qacmışdılar. Orada «26-lar» ingilislərin nəzarətində olan yerli eser hökuməti tərəfindən tutulmuş və Bakını əldən verməkdə ittiham olunaraq güllələnmişdilər.
"26-lar" sovet tarixində müsbət ideoloji retuşda təqdim olunurdu, Bakıda onların xatirəsinə abidə qurulmuşdu. Sovetlər dağılandan sonra "Bakı Kommunası”nın gerçək tarixi, Azərbaycan xalqına qarşı etdiyi cinayətlər uzə çıxdı.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/26_Bak%C4%B1_Komissar%C4%B1
http://www.azadliq.org/content/Article/1369056.html
http://az.trend.az/news/science/1411630.html
* * *
1921 – Görkəmli astronom, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olmuşdur.
Əlavə bax:
http://www.elm.az/az/acmembers/sultanovgdfa.htm
http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=4676
* * *
1928 – Tanınmış ictimai-siyasi xadım, hüquq elmləri doktoru Murtuz Ələsgərov anadan olub.
Murtuz Ələsgərov 1996-2005-ci illərdə Azərbaycan parlamentinin sədri olub.
2005-ci ildə 3-cü çağırış Milli Məclisin deputatı seçilib. Hakim Yeni Azərbaycan Partiyasının sədrinin müavinidir.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Murtuz_%C6%8Fl%C9%99sg%C9%99rov
http://az.apa.az/news.php?id=133292
* * *
1993 - Görkəmli kinorejissor ("Onun böyük ürəyi", "Ulduzlar sönmür"), ssenarist Əjdər İbrahimov (29.4.1919-1993) vəfat edib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C6%8Fjd%C9%99r_%C4%B0brahimov
http://www.adam.az/az.php?subaction=showfull&id=1247688171&archive=&start_from=&ucat=22,32,43&go=headlines&category=22
http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_aprel2009/77130.htm
* * *
1994 – Bakıda, "Gülüstan" sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənməsinə dair beynəlxalq kontraktın imzalanma mərasimi keçirilib.
“Əsrin müqaviləsi”ni ARDNŞ və ABŞ, Britaniya, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının 11 neft şirkəti imzayıb.
Bu müqavilə ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin fərmanı ilə 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur.
Əlavə bax:
http://azerbaycanli.org/az/page364.html
http://bizimasr.media-az.com/arxiv_2004/37/
http://www.bp.com/sectiongenericarticle.do?categoryId=9006919&contentId=7014341
* * *
Bax:
►19 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
20 sentyabr 1878 - Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
20 sentyabr 1946 - Fransanın Kann şəhərində birinci beynəlxalq kinofestival açılıb. Sonrakı illərdə ənənəvi hal alan festival dünyanın ən nüfuzlu kinomüsabiqələrindən biri oldu.
20 sentyabr 1899 - Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
20 sentyabr 1934 - Məşhur italyan kinoaktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub.
20 sentyabr 1948 - Amerikalı fantast-yazıçı, ssenarist və prodüser Corc Martin (George Raymond Richard Martin) anadan olub.
20 sentyabr 1949 - Fransız aktrisası Sabina Azemanın (Sabine Azema) doğum günüdür.