ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 19

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 19 sentyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

19 sentyabr

 

1992 – Soçidə Rusiya müdafiə nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşündə atəşkəsə dair razılıq əldə olunub.

Tərəflər bütün silahlı əməliyyatların iki ay ərzində (müddətin daha sonra uzadılması şərtilə) dayandırılması barədə anlaşma imzalayıblar.

Rusiyanın vasitəçiliyinin arxasında sonradan münaqişə bölgəsində rus hərbi (sülhməramlı) kontingentinin yerləşdirilməsi niyyəti də vardı. Lakin anlaşma erməni tərəfin günahı üzündən tezliklə pozuldu.

Əlavə bax:

http://www.azadliq.org/content/article/454564.html

http://az.trend.az/news/karabakh/834218.html

 * * *

1997 – ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planı ilə regiona səfərə gəliblər.  Plan münaqişənin ikimərhələli həllini əks etdirirdi.

Birinci mərhələdə Laçın istisna olmaqla, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən altı rayondan erməni silahlı qüvvələrinin çıxarılması, köçkünlərin öz torpaqlarına qaytarılması və münaqişə ərazisində kommunikasiya əlaqələrinin bərpa edilməli idi.

Plana görə, ikinci mərhələdə Laçın və Şuşanın, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulurdu.

Plana razılıq verən Ermənistan prezidenti L.Ter-Petrosyan hakimiyyətdaxili çevriliş nəticəsində vəzifəsindən kənarlaşdırıldı.

Əlavə bax:

http://www.mediaforum.az/articles.php?article_id=20081110123123704&page=02&lang=az

http://www.azadliq.org/content/article/265329.html

http://www.inamcfp.org/3-cusektor/n9/n9_08.htm

 * * *

2002 – Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendumun yekun nəticələri mətbuatda dərc olunaraq qüvvəyə minib.

MSK-nın yekun məlumatına görə, referendumda iştirak etmiş seçicilərin 96 faizi Konstitusiyaya dəyişikliklərin (24 maddə üzrə 39 dəyişiklik) lehinə səs vermişdi.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2002/avgust/193/xeber.html#2

http://bizimasr.media-az.com/arxiv_2002/avgust/194/xeber.html#1

 * * *  

Bax:

►18 sentyabr

 * * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü) 

19 sentyabr 1888 - Belçikanın Spa kurort-şəhərində dünyada ilk gözəllik müsabiqəsi keçirilib. Bu şəhərin şərəfinə gözəllik salonları “spa-salonlar” adlanır. 

19 sentyabr 1888 - Rus yazıçısı, tarixi əsərlər müəllifi Vsevolod İvanovun doğum günüdür. 

19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1983) laureatı Uilyam Cerald Goldinq (William Gerald Golding, 1911-1993) anadan olub. 

19 sentyabr 1948 - İngilis aktyoru, “Oskar” laureatı Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. 

19 sentyabr 1949 - Britaniya kinorejissoru və ssenaristi Salli Potter (Sally Potter) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009