Bizim təqvim > Sentyabr > 18
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 18 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
18 sentyabr
1048 – Azərbaycan torpaqlarında təşəkkül tapmış Səlcuq-türk dövlətinin ordusu Bizans, erməni və gürcü feodallarının birləşmiş qoşunlarını darmadağın edib.
Bu qələbədən sonra Səlcuq dövlətinin əsasları daha da möhkəmləndi.
Sultan Toğrul bəyin başçılıq etdiyi Səlcuqlar dövləti İranın böyük hissəsini, İraqı ələ keçirməklə böyük imperatorluq yaratdı.
Əlavə bax:
http://www.zaman.az/site/shownews.php?news_id=19777
http://www.borchali.net/forum/showthread.php?t=19
http://www.asilkan.org/sabit/yazar8/23.htm
* * *
1885 – Dahi bəstəkar, musiqişünas alim, dramaturq, publisist, pedaqoq Üzeyir Hacıbəyov (1885-1948) Şuşada anadan olub.
Azərbaycanda ilk operanın, ilk müsiqi komediyalarının (operettaların) müəllifi, Azərbaycan professional müsiqisinin banisi, Milli Konservatoriyanın qurucusudur.
Böyük bəstəkarın doğum günü – 18 sentyabr - Azərbaycanda Milli musiqi günü kimi qeyd olunur.
Əlavə bax:
http://uzeyir.musigi-dunya.az/
http://www.azeriart.net/musiqi/uzeyir.htm
http://uzeir.aznet.org/index.htm
* * *
1885 – Görkəmli bəstəkar və dirijor Müslüm (Əbdülmüslüm) Maqomayev (1885-28.7.1937) anadan olub.
Üzeyir Hacıbəyovla dost və məsləkdaş olan Maqomayev Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib.
«Şah İsmayıl» (1916), “Nərgiz” (1935) operalarının, 30-dək simfonik və vokal əsərin müəllifidir.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/M%C3%BCsl%C3%BCm_Maqomayev_(b%C9%99st%C9%99kar)
http://uzeyirbook.musigi-dunya.az/AZ/data.pl?id=437&lang=AZ
http://medeniyyet.az/site/?name=content&content=6886
* * *
1978 - Görkəmli aktyor, rejissor, Xalq artisti Adil İsgəndərov (5.5.1910-1978) vəfat edib.
Əlavə bax:
http://medeniyyet.az/site/?name=content&content=5312
http://az.wikipedia.org/wiki/Adil_%C4%B0sg%C9%99nd%C9%99rov
http://www.anl.az/down/meqale/xalqqazeti/2010/mart/111183.htm
* * *
1988 – Böyük şair, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1906-1988) Tehranda vəfat edib.
Şəhriyar Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Xoşginab kəndində anadan olub. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub.
Sonralar şairin dördcildlik divanı, ikicildlik seçilmiş əsərləri, iki hissədən ibarət "Heydərbabaya salam" poeması, "Türkcə divan" toplusu çapdan çıxıb.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99mm%C9%99d_H%C3%BCseyn_%C5%9E%C9%99hriyar
http://meyxana.net/forum/showthread.php?t=2261
http://azerworld.info/modules/news/article.php?item_id=68
http://library.aliyev-heritage.org/az/2331857.html
* * *
2002 – Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli təməlatma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abraham, BTC layihəsində yer alan şirkətlərin təmsilçiləri iştirak ediblər.
Kəmərin Azərbaycan hissəsinin inşası 2005-ci il mayında, Gürcüstan hissəsi həmin ilin oktyabrında, Türkiyə hissəsi isə 2006-cı ilin yazında çatdı.
Bakı-Tbilisi-Ceyhan kəmərinin rəsmi açılışı 2006-cı il iyulun 13-də gerçəkləşdi.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2002/sentyabr/215/
http://www.bp.com/sectiongenericarticle.do?categoryId=9006919&contentId=7014341
http://www.azerbaycanli.org/az/page36.html
http://az.wikipedia.org/wiki/Bak%C4%B1-Tbilisi-Ceyhan_neft_k%C9%99m%C9%99ri
* * *
2006 – Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən Türk dövlət və toplumlarının X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirak edib.
Əlavə bax:
http://az.trend.az/news/important/exclusive/832037.html
http://mirzexezerinsesi.net/articles/2006/9/page/10
* * *
Bax:
►17 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
18 sentyabr 1882 - Rus rəssamı Mixail İvanoviç Avilov (1882-1954) anadan olub.
18 sentyabr 1905 - Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatının aureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson, 1905-1990) anadan olub.
18 sentyabr 1961 - Fransız yazıçısı Bernard Verber (Bernard Werber) anadan olub.