Bizim təqvim > Sentyabr > 17
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 17 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
17 sentyabr
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib.
Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin «Bakı Kommunası»nın və eser-menşevik-daşnak «Sentrokaspi» hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
Əlavə bax:
http://www.azerbaycanli.org/az/page198.html
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Demokratik_Respublikas%C4%B1
* * *
1988 – Dağlıq Qarabağın inzibati mərkəzi olan Stepanakertdə (Xankəndi) erməni dəstələrinin azərbaycanlı əhalinin evlərinə kütləvi basqınları başlayıb. Şəhərin azərbaycanlı məhəlləsində onlarla ev yandırılıb, partlayış və qırğıınlar törədilib.
Moskvanın və Azərbaycanın o vaxtkı rəhbərliyi faktiki laqeydliyi fonunda azərbaycanlı əhaliyə qarşı aşkar etnik təmizləmə həyata keçirilirdi.
Sentyabrın 21-də SSRİ rəhbərliyi Xankəndidə xüsusi vəziyyət elan etdi, lakin bu müddətədək yüzlərlə azərbaycanlı ailə öz ev-eşiyindən didərgin düşmüşdü.
Əlavə bax:
http://mfa.gov.az/khojaly/index.php?option=com_content&task=view&id=15&Itemid=29
http://az.wikipedia.org/wiki/Xank%C9%99ndi
* * *
Bax:
►16 sentyabr
* * *