Bizim təqvim > Sentyabr > 16
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 16 sentyabr hansı fakt və olaylarla yadda qalıb?
16 sentyabr
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Osmanlı hökuməti arasında ilk ticarət sazişi bağlanıb.
Saziş Azərbaycandan Türkiyəyə neft, pambıq, yun və digər məhsulların ixracını nəzərdə tuturdu. Sazişin ilkin məbləği 3 milyon türk lirəsi həcmində nəzərdə tutulmuşdu.
Həmin dövrdə xüsusilə neft təchizatında ciddi problemlərlə üzləşən Osmanlı dövləti üçün bu saziş olduqca mühüm idi.
Türkiyə tərəfi öz növbəsində Azərbaycana texniki avadanlıq və silah göndərirdi.
Əlavə bax:
http://www.meclis.gov.az/?/az/content/68
http://www.rasulzade.org/ideology/5_32.html
* * *
1926 – Azərbaycanın tanınmış neftçisi Qaraş Əmirov (1926-1973) anadan olmuşdur.
Əlavə bax:
http://www.socar.az/8-oilman-view-az.html
* * *
1940 - Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub.
* * *
1989 – Azərbaycan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətində "Xüsusi İdarə Komitəsi"nin ləğv olunması ilə bağlı SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb.
"Xüsusi İdarə Komitəsi" 1989-cu ilin yanvarında Moskva tərəfindən yaradılmışdı və öz fəaliyyəti ilə bölgədə erməni separatçılığının güclənməsinə xidmət edirdi.
Noyabrda SSRİ Ali Sovetinin razılığı ilə Dağlıq Qarabağ üzrə yeni qurum - formal olaraq Bakıya, əslində isə yenə Moskvaya tabe olan Respublika Təşkilat Komitəsi yaradıldı.
Əlavə bax:
http://www.anl.az/el/q/qarabag_2/q-50.htm
http://www.azerbaijan.az/portal/Karabakh/ArmenianAgression/armenianAgression_01_a.html
http://az.wikipedia.org/wiki/Da%C4%9Fl%C4%B1q_Qaraba%C4%9F
* * *
1989 – Erməni təxribatçıları Azərbaycana qarşı daha bir terror aktı həyata keçiriblər.
Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Əlavə bax:
http://www.mns.gov.az/terroractspart7_az.html
* * *
1992 - “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Prezident fərmanı verilib.
* * *
Bax:
►15 sentyabr
* * *
Tarixdə bu gün: Dünya
(mədəniyyət bölümü)
16 sentyabr 1462 - İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi, 1462-1525) anadan olub.
16 sentyabr 1888 - Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa, 1888-1964) anadan olub.
16 sentyabr 1893 - Macar əsilli ingilis kinorejissoru Aleksandr Korda (Alexander Korda - Sandor Laszlo Kellner, 1893-1956) anadan olub.
16 sentyabr 1924 - Amerika aktrisası, Hollivudun ən məşhur ulduzlarından biri Loren Bekollun (Lauren Bacall - Betty Joan Weinstein Perske) doğum günüdür.
16 sentyabr 1956 - Məşhur Amerika sehrbazı (illüzionist) Devid Kopperfild (David Copperfield - David Seth Kotkin) anadan olub.
16 sentyabr 1956 - Amerika aktyoru Mikki Rurk (Mickey Rourke - Philip Andre Rourke) anadan olub.