ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Sentyabr > 15

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 15 sentyabr hansı fakt və olaylarla yadda qalıb? 

 

15 sentyabr

 

1918 - Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakını "Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizləyib.

1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi.

Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilis hərbçilərin son dəstəsi də şəhəri tərk etmişdi.

Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Xalq Cümhuriyyətinin paytaxtı elan edildi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page357.html

http://www.gunaz.tv/xaber/qafqaz-islam-ordusu-ve-azerbaycan

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Demokratik_Respublikas%C4%B1n%C4%B1n_milli_ordusu

 * * *

1918 –  Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti, Cümhuriyyət parlamentinin orqanı olan «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.

Əlavə bax:

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=27344&poll_ident=1

http://www.mediaforum.az/articles.php?article_id=20080912012410426&lang=az&page=05

 * * *

1943 - Rejissor, ssenarist Xamis Muradov anadan olub. 

1969-cu ildən C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çalışır. 2002-ci ildən kinostudiyanın direktorudur. 

* * *

1959 - Müğənni, Xalq artisti Brilliant Dadaşova anadan olub.

* * *

2004 – Prezident İlham Əliyevin fərmanı ilə (21 avqust 2004) Azərbaycanda bütün təhsil müəssisələrində yeni dərs ilinin sentyabrın 15-dən başlanması qərara alınıb.

15 sentyabr “Bilik günü” elan edilib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/news-348.html

http://az.wikipedia.org/wiki/Bilik_G%C3%BCn%C3%BC

 * * *

2004 – Astanada MDB sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında növbəti görüş olub.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2004/37/gundem.html#1

http://www.azerbaycanli.org/az/page110.html

 * * *

2007 - Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib.

* * *

2008 – Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”n təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

* * *

Bax:

►14 sentyabr

 * * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü) 

 

15 sentyabr 1613 - Fransız yazıçısı Fransua de Laroşfuko (1613-1680) anadan olub. 

15 sentyabr 1789 - Amerika yazıçısı Ceyms Fenimor Kuper (1789-14.09.1851) anadan olub. 

15 sentyabr 1890 - İngilis yazıçısı, məşhur detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa, 1890-1976) anadan olub. 

15 sentyabr 1894 - Fransız kinorejissoru, «Oskar» laureatı Jan Renaur (1894-1979) anadan olub. 

15 sentyabr 1923 - Məşhur rus nəğməkar şairi Mixail Taniç (1923-2008) anadan olub. 

15 sentyabr 1925 - Rus-sovet aktyoru Kirill Lavrovun (1925-2007) doğum günüdür. 

15 sentyabr 1946 - Amerika aktyoru, «Oskar» laureatı Tommi Li Cons (Tommy Lee Jones) anadan olub. 

15 sentyabr 1946 - Amerika kinorejissoru, üç dəfə «Oskar» laureatı Oliver Stoun (William Oliver Stone) anadan olub.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009